İran hava məkanını açıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İran hava məkanını açıb - YENİLƏNİB


İranda hava məkanında uçuşlarla bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

"Təhlükəsiz şərait yaradıldıqdan və müvafiq qurumlarla lazımi razılaşdırmalar aparıldıqdan sonra uçuşlara tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb və ölkənin aviasiya fəaliyyəti plana uyğun olaraq tədricən normal iş rejiminə qayıdır", - bəyanatda deyilir.

İran hökuməti hava məkanının bağlandığını elan edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Al-Jazeera" "Mehr" informasiya agentliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bütün daxili reyslər də ləğv edilib. Məhdudiyyətlər xüsusi göstərişə qədər qüvvədə olacaq.

Xatırladaq ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbəsi endirib. Tehran öz zərbəsini İsrail Müdafiə Ordusunun Livanda radikal "Hizbullah" təşkilatına qarşı davam edən əməliyyatı ilə əsaslandırıb. Buna cavab olaraq İsrail ordusu İranın mərkəzi və qərb bölgələrindəki hərbi obyektlərə zərbə endirib.

ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində İsrail və İrandan zərbə mübadiləsini dərhal dayandırmağı tələb edib. Bundan qısa müddət sonra İran tərəfi İsrailə zərbələrin dayandırıldığını bildirib. Bununla belə, İran Livanda eskalasiya olacağı təqdirdə yeni hücumlarla hədələyib.

Oxşar xəbərlər

İran hökuməti hava məkanının bağlandığını elan edib
İran İsrailə zərbələri dayandırıb
SEPAH İsraildə iki aviabazaya zərbələr endirib
İranın hava limanları fəaliyyətlərini bərpa edib - YENİLƏNİB
Tramp İsrail və İrandan gərginliyi dərhal azaltmağı tələb edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər