Araz çayında batan məktəblinin meyiti tapılıb
Araz çayında batan məktəblinin meyiti tapılıb
Bir neçə gün əvvəl Araz çayının İmişli rayonundan keçən hissəsində batan 2009-cu il təvəllüdlü Turan Mirişlinin meyiti tapılıb.
Bu barədə "Report"a FHN-dən bildirilib.
Məlumata görə, rayonun Rəsullu kəndindən keçən hissəsində batan Mirişli Turan Mirağa oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, hadisə iyunun 7-də axşam saatlarında baş verib. T.Mirişli çaya düşərək batıb. Onun axtarışları üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc xilas ediciləri və katerlər cəlb olunmuşdu. Axtarışların asanlaşdırılması məqsədilə Bəhrəmtəpə hidroqovşağından Araza buraxılan suyun həcmi azaldılmaqla çayda suyun səviyyəsi endirilmişdi.
