Azər Bağırov: "Gəncədə hər şey ürəyimcə idi" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2026
18:30
0
0
1 099
ff aaaaaaa

Azər Bağırov: "Gəncədə hər şey ürəyimcə idi"

10 in, 2026
18:30
1 099

Azər Bağırov: "Gəncədə hər şey ürəyimcə idi"

"Kəpəz"in sabiq baş məşqçisi Azər Bağırov Gəncə klubunda işlədiyi dönəmdə heç bir təzyiqlə üzləşməyib və hər şey ürəyincə olub.

Mütəxəssis bunu "Report"a müsahibəsində deyib.

"Kəpəz"də çox rahat idim, təzyiq yox idi. Komandanı təhvil alanda 6 məğlubiyyətlə 12-ci pillədə qərarlaşmışdı. Gəlişimdən sonra müəyyən səbəblərdən bəzi oyunçular komandadan uzaqlaşdı. Buna baxmayaraq, qarşıya qoyulan məqsədə nail olduq və komandanı pley-off oyunları olmadan Premyer Liqada saxladıq. Gəncədə hər şey ürəyimcə idi. "Kəpəz" azarkeşlərinə və futbolsevərlərə uğurlar arzulayıram. İki il orada işlədim və heç bir çətinliyim olmadı. Orada çox dostlar qazandım. Bir çox insan tanıdım və sevdim. Ötənilki gedişimə bəzi xoşagəlməz hallar səbəb olsa da, bu dəfə klubdan xoş təəssüratlarla ayrıldım", - o bildirib.

Azər Bağırovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul