ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
sizinxeber.az xəbər saytı

ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib


ABŞ İranın bir sıra ərazilərinə hava zərbələri endirib.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, İranın cənubundakı Bəndər Abbas, Sirik və Qeşm adası ətrafında ardıcıl partlayış səsləri eşidilir. İranın ABŞ-nin "Apache" helikopterini vurmasından sonra Vaşinqton administrasiyası cavab hücumuna başlayıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Iranı Hörmüz boğazı ərazisində Amerika helikopterinə endirilən zərbəyə cavab verəcəyi ilə hədələyib. O, qeyd edib ki, ABŞ-nin Hörmüz boğazı ərazisində patrul xidməti aparan yüksək texnologiyalı "Apache" helikopterlərindən biri vurulub. "Göyərtədə iki pilot olub, hər ikisi təhlükəsizlikdədir və xəsarət almayıb. Bununla belə, ABŞ, zəruri olaraq, bu hücuma reaksiya verməlidir", - Tramp sosial şəbəkə hesabında yazıb.

Trampın "Hücuma cavab verəcəyik" açıqlamasından dərhal sonra Amerika Ordusu İranın strateji liman şəhərlərini hədəf almağa başlayıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) da öz növbəsində bildirib ki, Birləşmiş Ştatlar Ordusu Hörmüz boğazı üzərində "Apache" helikopterinin vurulmasından sonra İrana zərbələr endirməyə başlayıb.

"CENTCOM qüvvələri Şərq vaxtı ilə saat 17:00-dan (Bakı vaxtı ilə saat 01:00-dan) Ali Baş Komandanın əmri ilə özünümüdafiə məqsədilə İrana zərbələr endirməyə başlayıblar. Bu, dünən ABŞ-nin quru qoşunlarına məxsus "Apache" helikopterinin vurulmasına cavabdır", - komandanlıq "X" sosial şəbəkə hesabında bildirib.

CENTCOM bildirib ki, bu hərəkətlər Tehranın hərəkətlərinə mütənasib cavab+dır.

Daha əvvəl NYT nəşri mənbələrə istinadən bildirib ki, ABŞ-nin "AH-64 Apache" zərbə helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb.

Oxşar xəbərlər

Tramp: ABŞ Hörmüz boğazı yaxınlığında Amerika helikopterinə endirilən zərbəyə cavab verəcək
Tramp: İran ABŞ-ın Hörmüz boğazı üzərində patrul həyata keçirən helikopterini vurub
Abbas Əraqçi xarici qüvvələri bölgədən çıxmağa çağırıb
ABŞ İranın radar qurğularına zərbələr endirib
Tramp İranı Amerika zərbələrinə mümkün cavabın nəticələri barədə xəbərdar edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər