Zaur Hacılı: "Azərbaycanın maliyyə sistemi qlobal standartlara uyğunlaşdırılır" » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2026
14:00
0
0
1 013
ff aaaaaaa

Zaur Hacılı: "Azərbaycanın maliyyə sistemi qlobal standartlara uyğunlaşdırılır"

10 in, 2026
14:00
1 013

Zaur Hacılı: "Azərbaycanın maliyyə sistemi qlobal standartlara uyğunlaşdırılır"

Azərbaycanın maliyyə sistemi beynəlxalq standartlara uyğunlaşdırılma prosesindədir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Monitorinqi Siyasəti və Tənzimləmə Departamentinin direktoru Zaur Hacılı Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.

O qeyd edib ki, ölkə iqtisadiyyatının dünya iqtisadi sisteminin ayrılmaz hissəsi olduğu dərk edilir: "Məhz bu səbəbdən Avropa İttifaqının direktivlərinin bəzi elementlərini Azərbaycanın qanunvericiliyinə inteqrasiya edirik.

Ayrıca qeyd etmək istərdim ki, hazırkı geosiyasi şərait olduqca mürəkkəbdir və beynəlxalq sanksiya rejimləri fəaliyyətdədir. Bu kontekstdə nəzarət və tənzimləyici qurum olaraq mövqeyimiz birmənalıdır. Biz inanırıq ki, maliyyə sistemimiz qlobal maliyyə sisteminin tamlığına müvafiq olmalı və sistemli risklərdən kənarda qalmalıdır".

Z. Hacılı hesab edir ki, artıq qaydalar və tələblər formalaşdırılarkən bunu məhdudlaşdırıcı amil kimi deyil, şəffaf fəaliyyət prinsipləri kimi qiymətləndirilir: "Bu prinsiplər xüsusilə böyük investorlar və beynəlxalq tərəfdaşlar üçün daha güvənli və münasib mühitin yaranmasına şərait yaradır".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul