Sankt-Peterburqda azərbaycanlı "qanuni oğru" saxlanılıb
Rusiya hüquq-mühafizə orqanları Sankt-Peterburqda azərbaycanlı “qanuni oğru” kimi tanınan Yusif Əliyevi saxlayıb.
APA-nın Rusiya bürosunun məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsindəki mənbə 54 yaşlı Əliyevin 2008-ci ildən beynəlxalq axtarışda olduğunu bildirib.
Mənbənin sözlərinə görə, o, iki və ya daha çox şəxsin qətli də daxil olmaqla bir sıra ağır cinayətlərdə ittiham olunur.
Bildirilib ki, Yusif Əliyev iyunun 9-da səhər saatlarında Sankt-Peterburqun Makarov sahilində yerləşən evlərdən birində saxlanılıb.
“Kommersant” qəzetinin məlumatına görə, Əliyev digər ittihamlarla yanaşı, cinayətkar iyerarxiyada yüksək mövqe tutmaqda da təqsirləndirilir. Bu maddə üzrə onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Nəşr yazır ki, 2009-cu ilin martında Yusif Əliyev və daha üç “qanuni oğru” Moskvada restoranlardan birində keçirilən kriminal toplantı zamanı hədə-qorxu yolu ilə tələb etmə və adam oğurluğu şübhəsi ilə saxlanılıblar.
Həmin əməliyyat zamanı Əliyevlə yanaşı, Azərbaycan əsilli kriminal avtoritetlər Əlibala Həmidov (Qoca Yasamalski) və Məmməd Hüseynov (Masallı Mamed), eləcə də Gürcüstanda anadan olmuş Teymuraz Faroyan da saxlanılıb.
Məlumata görə, Yusif Əliyev saxlanıldıqdan qısa müddət sonra sərbəst buraxılıb və bundan sonra gizlənib.
Oxşar xəbərlər
Sankt-Peterburqda insan qalıqları ilə dolu iki çamadan tapılıb
Rusiya və ABŞ prezidentlərinin xüsusi nümayəndələri Sankt-Peterburqda görüşüblər
Gürcüstanda 26 nəfər “qanuni oğru” ittihamı ilə saxlanılıb
Sankt-Peterburqda yol qəzası nəticəsində 25 nəfər xəsarət alıb
Simonyan Sankt-Peterburqda Qafarova ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
"Neftçi" iyunun 10-da Bakıda toplaşacaq, daha sonra Sloveniyaya yollanacaq
