İran Hörmüz boğazı ilə bağlı yeni plan hazırlayıb
İranın Hörmüz boğazı üzrə planı hazırdır və parlamentin açılışından sonra baxılacaq.
"Report" xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü olan İsmayıl Kövsəri yerli mediaya müsahibəsində deyib.
"Bu sahədə bütün tədbirlər, ekspert yoxlamaları aparılıb və Milli Təhlükəsizlik Komissiyası öz işini başa çatdırıb", - o bildirib və əlavə edib ki, Fars körfəzi ölkələri ABŞ-nin regionun imkanlarından sui-istifadəsinə mane olmalıdır.
Kövsərinin fikrincə, istənilən gərginlik region ölkələrinin təhlükəsizliyinə və maraqlarına təsir edəcək:
"ABŞ-nin Qərbi Asiyada mövcudluğu region ölkələri üçün sərfəli deyil və bu mövcudluğa son qoymaq üçün səy göstərilməlidir".
Qeyd edək ki, Hörmüz boğazına nəzarət ABŞ ilə İran arasında anlaşma memorandumunun razılaşdırılmayan bəndlərindən biridir. Tərəflər bu məsələdə ortaq məxrəcə gələ bilsə, İslam Respublikasının zənginləşdirilmiş uranı ölkədən çıxarması əsas müzakirə mövzusu olacaq. İranın dondurulmuş səhmlərinin sərbəst buraxılması və ölkəyə qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması isə həllə ən yaxın məsələlərdir.
Oxşar xəbərlər
İran Hörmüz boğazını Omanla birgə idarə etmək istəyir
SEPAH: Sutka ərzində Hörmüz boğazından 28 gəmi keçib
İran XİN region ölkələrinə xəbərdarlıq edib
İran Hörmüz boğazından keçid üçün idarəetmə mexanizmi hazırlayıb
Tramp İranın uranı Rusiya və ya Çinə ötürməsinə qarşıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
-
Sankt-Peterburqda azərbaycanlı "qanuni oğru" saxlanılıb
