Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir
sizinxeber.az xəbər saytı

Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir


Uşaqları elektron formatdan uzaqlaşdırsaq, cəmiyyət olaraq irəli gedə bilməyəcəyik.

Sizinxeber.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib.

“Bu gün uşaqların 50%-i sosial media ilə informasiya əldə edir və bu daha riskli hesab edilir. Dövlət olaraq bunu tənzimləməliyik. Bu qaçılmaz reallıqdır ki, uşaq hansısa dərslik və cəlbedici video kontent arasında qalsa, o video kontentə baxacaq. Növbəti illərdə uşaqların elektron öyrənmə imkanları əvvəlki nəsildən daha çox olacaq və bunu məhdudlaşdıra bilmərik”, - nazir bildirib.

Emin Əmrullayev qeyd edib ki, alternativ öyrənmə mənbələrinin sayı artır: "Əsas məsələ bu alternativ mənbələrin düzgün tənzimlənməsi və məktəb sisteminə inteqrasiyasının təmin edilməsidir. Tədqiqatlar göstərir ki, nağıl dinləməklə böyüyən uşaqlar məktəb dərslərində, riyaziyyatda daha uğurlu olurlar. Təəssüf ki, bu gün valideynlərin uşaqlara nağıl dinlətmək, oyun oynamaq, zaman ayırmaq üçun vaxtı yoxdur".

Oxşar xəbərlər

Emin Əmrullayev: Uşaqların sosial mediadan istifadəsinin tənzimlənməsi vacibdir
Emin Əmrullayev: Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır
Elm və təhsil naziri Emin Əmrullayev Uşaq Səfirlər Məclisinin üzvləri ilə görüşüb - FOTO
Emin Əmrullayev: Təhsilin keyfiyyət göstəriciləri üzərində hələ də işlər görülməlidir
Emin Əmrullayev: Sevindirici haldır ki, bu gün elmi işlərdə plagiata rast gəlinmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər