SWIFT rəsmisi: "Qlobal ödənişlərdə ekosistem yanaşması daha da dərinləşir"
sizinxeber.az xəbər saytı

SWIFT rəsmisi: "Qlobal ödənişlərdə ekosistem yanaşması daha da dərinləşir"


Qlobal ödənişlərdə ekosistem yanaşması daha da dərinləşir.

"Report" xəbər verir ki, bunu "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə SWIFT-in Türkiyə, Qafqaz və Mərkəzi Asiya üzrə rəhbəri Hikmet Can Yılmazsoy deyib.

Onun sözlərinə görə, gələcəkdə rəqəmsal dəyər köçürmələrinin daha da artacağı faktını inkar etmək olmaz: "Bu kontekstdə, qarşılıqlı fəaliyyət məsələsinə və SWIFT ilə bağlı qeydlərə nəzər salsaq, biz bir sənaye qurumu olaraq özümüzü "mərkəzlərin mərkəzi" və "şəbəkələrin şəbəkəsi" kimi mövqeləndiririk. Hazırda həyata keçirilən əsas təşəbbüslərdən biri müxtəlif rəqəmsal ekosistemlərin bir-biri ilə inteqrasiyasını təmin etməkdir. Məqsəd bu sistemlərin qarşılıqlı əlaqədə işləməsinə imkan yaratmaqdır. Çünki miqyas olmadan dəyərin daha geniş ekosistemə çatdırılması üçün lazım olan təsir gücü də məhdud olur. Bu istiqamətdə rəqəmsal ticarət platformaları üzərində işləyirik, eyni zamanda, digər ödəniş şəbəkələri ilə əməkdaşlıq edirik ki, onların SWIFT-ə qoşulması və qarşılıqlı işləkliyi təmin olunsun. Buna görə də, hazırkı tendensiyalara baxan zaman görürük ki, bir çox tanınmış ödəniş şəbəkələri, adətən SWIFT-ə rəqib kimi qəbul edilsə də, sənaye səviyyəsində biz daha çox onları birləşdirən və inteqrasiya edən bir platforma rolunu oynayırıq".

H.Yılmazsoy vurğulayıb ki, hazırda tokenləşdirilmiş depozitlərin və digər tənzimlənən rəqəmsal aktiv formalarının köçürülməsi mühüm əhəmiyyət daşıyır: "Belə bir modeldə müxtəlif şəbəkələrdən asılı olmayaraq, onların hər birinin bizim hazırladığımız reyestrdən istifadə etməsini təmin edən bir infrastruktur rolunu oynaya bilərik. Bu çərçivədə əsasən əlaqələndirici və orkestrləşdirici qurum funksiyasını yerinə yetirəcəyik. Yəni vəsaitlərin birbaşa hesablaşması bizim tərəfimizdən aparılmayacaq. Bu proses müvafiq platformaların öhdəsinə buraxılacaq".

Oxşar xəbərlər

SWIFT rəsmisi: "Qlobal ödəniş ekosistemi yeni transformasiya mərhələsindədir"
SWIFT: Beynəlxalq köçürmələrdə səhvlərin qarşısını almaq üçün yeni xidmətlər təklif edirik
SWIFT: Bank müştərilərinin 20 %-i beynəlxalq ödənişlərin izlənilməsindən razıdır
SWIFT: Rəqəmsal bankçılıqla bağlı düşüncə tərzi dəyişməlidir
AMB rəsmisi: "Ani ödənişlərdə NFC həllərinin tətbiqi gündəmdə saxlanılır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər