Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
İran Ordusunun Quru Qoşunlarının komandanı, general-mayor Əli Cahanşahi bildirib ki, ölkənin Quru Qoşunları istənilən potensial təhdidə sarsıdıcı və qəti cavab verməyə tam hazırdır.
"Mehr" agentliyinin məlumatına görə, o, bu fikirləri ölkənin qərb sərhəd bölgəsində yerləşən 71-ci Mexanikləşdirilmiş Piyada Briqadasının “Əbuzər” əməliyyat bölmələrinə səfəri zamanı səsləndirib.
General-mayor Cahanşahi bölmələrin qarşıya qoyulan tapşırıqları yerinə yetirmək və ölkəyə qarşı yarana biləcək istənilən təhlükəyə qarşı durmaq üçün hərtərəfli və yüksək hazırlıq vəziyyətində olduğunu vurğulayıb.
Sərhəd bölgələrində dayanıqlı təhlükəsizliyin təmin edilməsinin vacibliyinə toxunan komandan bildirib ki, Quru Qoşunlarının çəkindirmə potensialı və əməliyyat hazırlığı daim qorunmalı və daha da gücləndirilməlidir.
“Ölkə sərhədlərinin təhlükəsizliyi Silahlı Qüvvələrin səylərinin, hazırlığının və güclü mövcudluğunun nəticəsidir”, - deyə Cahanşahi qeyd edib.
O, həmçinin Quru Qoşunlarının şəxsi heyətinin və komandirlərinin fədakar fəaliyyətini yüksək qiymətləndirərək, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədilə döyüş hazırlığının artırılması prosesinin davam etdiriləcəyini bildirib.
General-mayor Cahanşahi əlavə edib ki, İran Ordusunun Quru Qoşunları ölkənin suverenliyini və ərazi bütövlüyünü bütün gücü ilə müdafiə etmək üçün ən yüksək hazırlıq səviyyəsindədir.
Oxşar xəbərlər
İsrailin Quru Qoşunlarının komandanı istefa verib
DSX: COP29 zamanı qarşıya qoyulmuş tapşırıqların icrası layiqincə yerinə yetirilib
Kənan Seyidov Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb
DSX rəisi Tükiyə Quru Qoşunları komandanını qəbul edib
Quru Qoşunlarının mexanikləşdirilmiş bölmələrinin döyüş qabiliyyəti inkişaf etdirilir - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
"Neftçi" iyunun 10-da Bakıda toplaşacaq, daha sonra Sloveniyaya yollanacaq
