Nazir: 30 ildir şagirdlərin diqqəti topladığı bala yönəlir, bu, cəmiyyətin onların üzərinə qoyduğu yükdür
İbtidai təhsildə xüsusi yanaşmalar tətbiq edərək, tədrisin keyfiyyətini yüksəldə bilsək, bunun nəticələrini yaxın 10–15 il ərzində görəcəyik.
Sizinxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” adlı kitabın təqdimat mərasimində bildirib.
O bildirib ki, bu gün keçirilən sertifikatlaşdırma imtahanları da məhz ibtidai təhsilin keyfiyyətinin artırılmasına xidmət edir: “İbtidai təhsil güclü olarsa, gələcəkdə daha peşəkar hüquqşünaslarımız, müəllimlərimiz, həkimlərimiz və digər mütəxəssislərimiz olacaq. Çünki təhsildə əsas məsələ özüldür. Özül möhkəm olmayanda, onun üzərində nə qurursansa qur, dayanıqlı olmayacaq”.
Nazirin sözlərinə görə, bu gün uşaqlardan tez-tez “balım çatsa, həkim, çatmasa biologiya müəllimi, o da alınmasa, aqronom olacağam” kimi fikirlər eşidilir: “Təxminən otuz ildir davam edən bu yanaşma təhsil seçimlərini maraq və bacarıqlardan çox, toplana bilən bala bağlayır. Bu düşüncə dəyişmədiyi müddətdə ciddi irəliləyiş əldə etmək çətin olacaq. Bütün diqqəti topladığı bala və gələcəkdə hansı ixtisasa qəbul olacağına yönəlmiş uşağa nə qədər hüquq təhsili versən də, onun marağını və motivasiyasını formalaşdırmaq asan olmayacaq. Buna görə də yanaşmanı dəyişməliyik. Bu, uşağın günahı deyil, cəmiyyətin onun üzərinə qoyduğu yükdür”.
Oxşar xəbərlər
Emin Əmrullayev: Uşaqların 50%-i sosial mediadan informasiya əldə edir
Emin Əmrullayev: Məqsədimiz məktəbəqədər təhsildə 3-4 yaşı əhatə etməkdir
Emin Əmrullayev: Təhsilin keyfiyyət göstəriciləri üzərində hələ də işlər görülməlidir
“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfrans keçirilib
Emin Əmrullayev: Məqsədimiz məktəbə hazırlıqda 3-4 yaşı əhatə etməkdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
-
Çövkən üzrə II dünya çempionatında Nigeriya millisi Türkiyəni məğlub edib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
