10
in
2026
18:30
yuxarı
Bakıda çövkən üzrə dünya çempionatında Özbəkistan - Qazaxıstan matçı qolsuz başa çatıb
Bakıda çövkən üzrə dünya çempionatında Özbəkistan - Qazaxıstan matçı qolsuz başa çatıb
Bakı şəhərində keçirilən çövkən üzrə 2-ci dünya çempionatının növbəti oyununda Özbəkistan və Qazaxıstan milli komandaları qarşılaşıb.
Bu barədə "Sizinxeber.az"a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Yüksək rəqabət və qarşılıqlı mübarizə şəraitində keçən görüşdə hər iki komanda etibarlı oyun nümayiş etdirib.
Tərəflərin səylərinə baxmayaraq, qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Beləliklə, komandalar hərəyə 1 xal qazanıblar.
