Emi Karlon: Azərbaycan ilə ABŞ-nin münasibətləri möhkəmlənir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
in
2026
19:00
0
0
1 085
ff aaaaaaa

Emi Karlon: Azərbaycan ilə ABŞ-nin münasibətləri möhkəmlənir

10 in, 2026
19:00
1 085

Emi Karlon: Azərbaycan ilə ABŞ-nin münasibətləri möhkəmlənir

İdman Akademiyasında (ASA) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə "Report"a Azərbaycan İdman Akademiyasının mətbuat xidmətindən məlumat verilib.

Görüş çərçivəsində qonaqlar Akademiyanın MediaLab və İdman Tibbi Tədqiqatları Laboratoriyasının fəaliyyəti ilə tanış olublar. Nümayəndə heyətinə ASA-da yaradılmış müasir tədris və elmi-tədqiqat infrastrukturu barədə ətraflı məlumat verilib.

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon isə elm və təhsil sahəsində əməkdaşlığın xalqlar arasında qarşılıqlı anlaşmanın və yaxın münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Görüş zamanı ASA ilə ABŞ-nin nüfuzlu ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları, eləcə də birgə layihə və tədbirlərin həyata keçirilməsi perspektivləri müzakirə olunub. Tərəflər tələbə və müəllim mübadiləsinin təşkili, həmçinin beynəlxalq layihələrin birgə icrası istiqamətində fikir mübadiləsi aparıblar.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul