İran və İsrail arasında müharibə yenidən başlaya bilər
sizinxeber.az xəbər saytı

İran və İsrail arasında müharibə yenidən başlaya bilər


İsrail ordusu İran ərazisindən raket atışını aşkar edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, İsrail hava hücumundan müdafiə sisteminin məlumatına görə, Hayfa ərazisi də daxil olmaqla, şimali İsrailin bir çox bölgəsində təyyarə xəbərdarlıqları edilib.

İsrail ordusu bildirib ki, axşam saatlarından etibarən İrandan İsrailə atılan bütün raketlər uğurla ələ keçirilib. Lakin ordu İran ərazisindən yeni raket atışlarını qeydə alır və təhlükə hələ də qalmaqdadır.

"Hava hücumundan müdafiə qüvvələri hazırda təhdidləri müəyyən edir və ələ keçirir", - deyə məlumatda qeyd olunub.

Öz növbəsində İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının Mərkəzi Qərargahının komandanı Əli Abdullahi bəyan edib ki, İsrail Livanın cənubuna hücumlarını dayandırmalı, əks halda bölgədəki müttəfiqlərinə də təsir edəcək daha güclü və dağıdıcı zərbələrlə üzləşəcək.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə bildirib ki, zərbələrin hədəfi Livana hücumların həyata keçirildiyi İsrailin Ramat-David hava bazası olub.

Bu arada Qətər hakimiyyəti sosial mediada İranın İsrailə raket zərbələrindən sonra əmirliyin hava məkanının bağlandığı və hava nəqliyyatının dayandırıldığı barədə yayılan məlumatları təkzib edib. Ölkənin Mülki Aviasiya Baş İdarəsinin açıqlamasında bildirilib ki, uçuş heyətinə verilən bildiriş (NOTAM) yalnız alternativ hava yollarının müəyyən edilməsinə yönəlib.

Oxşar xəbərlər

İran İsraili daha güclü zərbələrlə hədələyib
İsrail ordusu: İran raketlərinin zərərsizləşdirilməsi üzərində iş aparılır
İran İsrailin zərbəsinə cavab olaraq nizami ordunu cəlb edə bilər
İsrail ordusu İrana cavab verəcəklərini vəd edib
İsrail Ordusu Tehranda SEPAH-ın obyektlərinə yeni zərbələr endirdiyini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər