Elnur Eyvazlı: "Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə tələblərə riayət etməyən qurumlar cərimələnəcək"
Azərbaycanın maliyyə sektoru üçün hazırlanacaq "anti-fraud" (fırıldaqçılıqla mübarizə) qanununun tələblərinə riayət etməyən təşkilatlar cərimə ilə üzləşə bilər.
Bunu "Report"a açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlı deyib.
Onun fikrincə, hazırlanması gözlənilən "anti-fraud" qanunvericiliyi maliyyə sahəsində vahid tələblərin formalaşdırılmasına şərait yaradacaq:
"Bu tələblər müəyyən edildikdən sonra maliyyə sektorunun bütün iştirakçıları onlara uyğun fəaliyyət göstərməli olacaq. Minimum olaraq bir standart formalaşır və bütün maliyyə sektoru bu standartlara riayət edir. Adətən qaydalar qəbul edildikdən sonra qurumlara həmin tələblərə adaptasiya olunmaq üçün bir illik müddət ayrılır. Sonrakı ildən etibarən isə həmin tələblər əsasında yoxlamalar aparılır. İnformasiya təhlükəsizliyi qaydaları üzrə yoxlamalar necə həyata keçirilirsə, "anti-fraud" sahəsində də analoji yoxlamalar reallaşdırılacaq".
E. Eyvazlı vurğulayıb ki, yoxlamalar gedişində müəyyən edilən pozuntulara qarşı müvafiq tədbirlər görülə bilər:
"Mərkəzi Bankın bu məsələ ilə bağlı müəyyən proseduru mövcuddur. Həmin prosedurun çərçivəsində ilk növbədə xəbərdarlıq verilə, ardınca isə cərimə sanksiyaları tətbiq oluna bilər".
Oxşar xəbərlər
AMB kommersiya bankları üçün minimum məlumat indikatorları formalaşdıracaq
Azərbaycan Mərkəzi Bankının departamentlərindən birinin adı dəyişdirilib
AMB: Şübhəli nömrələrin operativ bloklanması üçün yeni mexanizmlər qurulur
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
AMB: Əksər hallarda qadınların hesablarından pul oğurlanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
-
Araz çayında batan məktəblinin meyiti tapılıb
-
Sankt-Peterburqda azərbaycanlı "qanuni oğru" saxlanılıb
