Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili fənninin dərs saatı artırıla bilər
sizinxeber.az xəbər saytı

Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili fənninin dərs saatı artırıla bilər


Gələcəkdə tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili fənninin tədris müddəti həftəlik 3 saatdan 4 saata artırıla bilər.

“Sizinxeber.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, hamı istədiyi dildə təhsil almaqda sərbəstdir:

"Biz Azərbaycan dili fənninin dərs saatlarını 2-dən 3-ə artırmışdıq. Amma lazım gələrsə, növbəti illərdə xarici dillərdə dərslərin tədris olunduğu siniflərdə Azərbaycan dili fənninin dərs saatları daha da artırılacaq. Hamı istədiyi dildə təhsil almaqda sərbəstdir. Amma təhsildə əsas məqsədlərimizdən biri də ana dilimizi unutmamaqdır".

Oxşar xəbərlər

Məktəblərin tədris digər dillərdə aparılan bölmələrində 5-ci siniflərdə Azərbaycan tarixi dövlət dilində tədris edilir
Məktəblərin tədris digər dillərdə aparılan bölmələrində Azərbaycan tarixinin dövlət dilində tədrisi genişləndirilir
Ermənistan məktəblərində "Rus dili" əsas fənlər siyahısından çıxarılıb
Kayle Finis: Holland dili hökumətlə Boneyra xalqı arasında uçurumu genişləndirir
Emin Əmrullayev: Növbəti tədris ilində kağız jurnal ləğv olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle