Ərdoğan CHP-ni sərt tənqid edib
sizinxeber.az xəbər saytı

Ərdoğan CHP-ni sərt tənqid edib


Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayı ilə bağlı müzakirələrdə qurultayı keçirən də, qurultaya nöqsan qarışdığını iddia edən də, bu iddiaları sənədləri ilə birlikdə məhkəməyə aparıb haqqını axtaran da CHP üzvləridir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial şəbəkə hesabında yazıb.

"Qazi Mustafa Kamalın (Atatürkün – red.) qurduğu partiyanı, üzr istəyərək deyirəm, pavyon masalarına salanlar yenə özləridir", - o bildirib.

Ərdoğanın sözlərinə görə, rüşvət ittihamları da CHP üzvləri arasındadır:

"Dünən "xalqın ümidi" dediklərinə bu gün "xain" damğası vuranlar da özlərindən başqası deyil".

Xatırladaq ki, 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayın nəticələrinin ləğv edilməsindən sonra keçmiş rəhbərlik CHP-nin mərkəzi qərargahından çıxarılıb. Qurultayda seçilən rəhbərliyin tərəfdarları yenidən sədrliyə qaytarılan Kamal Kılıçdaroğlunun komandasının qərargah binasına daxil olmasını əngəlləyib.

Qeyd edək ki, 2026-cı il mayın 21-də Ankara Bölgə Ədalət Məhkəməsi CXP-nin 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayının nəticələrini ləğv edib. Beləliklə, qurultayda CXP sədri seçilən Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, onun qalib gəldiyi Kamal Kılıçdaroğlu isə partiya rəhbərliyinə bərpa edilib.

Oxşar xəbərlər

CXP rəhbərliyin dəyişdirilməsinə etiraz olaraq Ali Məhkəməyə müraciət edib
CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: 13 nəfər saxlanılıb
Türkiyənin ana müxalifət partiyasının son qurultayının nəticələri ləğv edilib, Kılıçdaroğlu yenidən sədr olub
Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verib
Ərdoğan TBMM-in sədrini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər