Bayram Beqay: Əminəm ki, Albaniya ilə Azərbaycan arasında əməkdaşlıq möhkəmlənəcək
sizinxeber.az xəbər saytı

Bayram Beqay: Əminəm ki, Albaniya ilə Azərbaycan arasında əməkdaşlıq möhkəmlənəcək


Albaniya Prezidenti Bayram Beqay azərbaycanlı həmkarı İlham Əliyevi 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

"Report" təbrik məktubunu təqdim edir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına Albaniya xalqı adından və öz adımdan ən səmimi təbriklərimi, davamlı sülh, tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan şərəf duyuram.

Albaniya Azərbaycanla dostluq münasibətlərini və ölkələrimiz arasında güclənən tərəfdaşlığı yüksək qiymətləndirir. Qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan münasibətlərimiz əlaqələrin daha da möhkəmlənməsinə sadiqliyimizi əks etdirərək davamlı şəkildə inkişaf edir. Zati-alinizin bu tərəfdaşlığın dərinləşməsində mühüm rol oynayan liderliyini təqdir edirəm.

Əminəm ki, Sizin rəhbərliyinizlə Albaniya ilə Azərbaycan arasındakı dostluq münasibətləri xalqlarımızın rifahı naminə enerji, turizm və infrastruktur da daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün yeni yollar açaraq möhkəmlənməkdə davam edəcək.

Zati-aliləri, Sizə və ailənizə ən xoş arzularımı bildirir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Oxşar xəbərlər

Albaniya lideri: Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndiririk
Bayram Beqay: Albaniya Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir
Bayram Beqay: Azərbaycanla Ermənistanın sülh bəyannaməsi imzalaması əməkdaşlığa yol açan tarixi mərhələdir
Dünya liderləri Prezident İlham Əliyevi təbrik edirlər
Bayram Beqay: Albaniya Azərbaycanla tərəfdaşlıq münasibətlərini gücləndirməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər