Hikmət Hacıyev: Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib
sizinxeber.az xəbər saytı

Hikmət Hacıyev: Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib


Azərbaycan müstəqillik qazandıqdan bəri Orta Dəhliz üzərində işləyir.

"Sizinxeber.az" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Trans-Xəzər Forumunda onlayn formatda çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllindən və regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni ölçülər, yeni imkanlar yaranıb və bu yeni coğrafiyalara doğru genişlənib.

"Azərbaycan Cənubi Qafqaz ölkəsidir. Biz, eyni zamanda, Mərkəzi Asiya ailəsinə və Xəzər dənizi bölgəsinə mənsubuq. Azərbaycanın Avropa və Yaxın Şərqə dair kimlikləri var. Bütün bu dəyərlər bir-birinə ziddiyyət təşkil etmir, bir-biri ilə uyğun gəlir. Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib. Bizim üçün orta güc konsepsiyası yalnız ölçü, iqtisadiyyat və əhali ilə ölçülmür. Bu, ölkələrin tərəfdaşlıq şəbəkəsidir", - Prezidentin köməkçisi əlavə edib.

Oxşar xəbərlər

Hikmət Hacıyev: Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub
Hikmət Hacıyev: Ermənistanla münasibətlərin qurulması Azərbaycanın regionda sülhə can atdığını təsdiqləyir
Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır
Prezidentin köməkçisi: Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır
Hikmət Hacıyev: Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər