"Birbank Biznes"dən sahibkarlara “Sürətli kredit” imkanı
"Birbank Biznes" hər zaman bizneslər üçün rahat və əlçatan funksiyalar, o cümlədən fərqli məhsullar təqdim edir. “Sürətli Kredit” məhsulu da məhz bu yanaşmanın davamıdır. Artıq hüquqi şəxslər və fərdi sahibkarlar cəmi bir iş günü ərzində girovsuz və tamamilə onlayn şəkildə 300 000 AZN-dək məbləğdə kredit əldə edə bilərlər. Kredit 24 aya qədər müddətə və illik 12%-dən başlayan sərfəli şərtlərlə sahibkarlara təqdim olunur.
Bizneslərə dəstək olmaq, böyütmək və onların maliyyə çətinliklərini aradan qaldırmaq üçün yaradılan “Sürətli Kredit” imkanından yararlanmaq istəyən müştərilər öz ehtiyaclarına uyğun məbləği və müddəti seçə bilərlər. Xüsusilə qeyd etmək lazımdır ki, müştərilər filiala getmədən sənədlərini sistemə rahatlıqla yükləyib təsdiqlədikdən sonra sadəcə bir iş günü ərzində sərfəli şərtlərlə kredit əldə edə bilərlər.
Müraciət etmək üçün:
"Birbank Biznes" müştərilərində suallar yaranarsa onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən "Birbank Biznes" sistemi haqqında ətraflı məlumat üçün saytına keçid edin və yaxud 896 məlumat mərkəzinə zəng edin.
Oxşar xəbərlər
Biznes kreditinizi indi alın, 3 ay sonra ödəməyə başlayın!
Bu il SİF sahibkarlara 212 milyon manata yaxın güzəştli kredit verib
“Unibank”ın 9,5 %-lik kredit kampaniyası davam edir
“Bank Respublika” “Məktəbə qayıdış” kredit kampaniyasına start verir!
“SİMA İmza” ilə kredit müqaviləni məsafədən imzala
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












