Ötən il əcnəbi və vətəndaşlığı olmayan 13 mindən çox şəxs Azərbaycanda tələbə adını qazanıb
sizinxeber.az xəbər saytı

Ötən il əcnəbi və vətəndaşlığı olmayan 13 mindən çox şəxs Azərbaycanda tələbə adını qazanıb


Ötən il əcnəbi və vətəndaşlığı olmayan 13 805 şəxs Azərbaycanda tələbə adını qazanıb.

"Sizinxeber.az" xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.

Jurnalda qeyd olunub ki, onlardan 12 535 nəfəri bakalavr, 1 105-i magistr, 88-i tam orta təhsil bazasından orta ixtisas təhsili, 77-i isə ümumi orta təhsil bazasından orta ixtisas təhsili üzrə tələbə adını qazanıb.

Oxşar xəbərlər

Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib
Ötən il əlaçı olan 513 şagird qəbul imtahanlarında 0-200 aralığında bal toplayıb
Bu il Cəlilabaddan 554 nəfər məzun tələbə adını qazanıb 
Bu ildən "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə kolleclərə tələbə qəbulu aparılmayacaq
Bu il Biləsuvardan 353 nəfər məzun tələbə adını qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər