DİM: Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrədir
Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrə qeydə alınıb.
Sizinxeber.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.
Məlumatda qeyd olunub ki, bu fənlər üzrə nəticələrin aşağı olması və sıfır bal toplayanların sayının çoxluğu bəzi məktəblərdə həmin fənlərin tədrisinə, eləcə də ali məktəblərə hazırlıq prosesinə laqeyd yanaşmanın nəticəsidir. Bildirilib ki, vəziyyətin real səbəbləri araşdırılmalı və həmin fənlərin tədrisinin keyfiyyətinin artırılması istiqamətində müvafiq tədbirlər görülməlidir.
Hesabatda həmçinin vurğulanıb ki, II mərhələdə imtahan fənləri üzrə sıfır bal toplayanların əksəriyyəti Azərbaycan bölməsinin abituriyentləridir.
Rus bölməsi ilə müqayisədə Azərbaycan bölməsində I ixtisas qrupu üzrə kimya, informatika və fizika, II qrup üzrə riyaziyyat və coğrafiya, III qrup üzrə tədris dili, ədəbiyyat və coğrafiya, IV qrup üzrə isə kimya və biologiya fənlərindən sıfır bal toplayanların sayı daha çox olub.
Oxşar xəbərlər
RFO-nun biologiya fənni üzrə praktiki turuna infotur təşkil olunub
Respublika Fənn Olimpiadalarının final mərhələsinin tarixləri məlum olub
DİM: İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var
IV və VI siniflərdə bəzi fənlər üzrə monitorinq təşkil olunacaq
Növbəti buraxılış imtahanlarının proqramları dərc edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
-
Azərbaycanın uğur modeli sabitlik, etibarlılıq və uzaqgörən inkişaf strategiyasına əsaslanır - RƏY
