Kişineuda Müslüm Maqomayevə həsr olunmuş "Sevgi və dəniz" adlı gecə keçirilib
Moldovanın paytaxtı Kişineuda Azərbaycanın görkəmli müğənnisi Müslüm Maqomayevə həsr olunmuş "Sevgi və dəniz" adlı gecə keçirilib.
"Sizinxeber.az"un Şərqi Avropa bürosunun məlumatına görə, 1000-dən çox qonağın iştirak etdiyi tədbir Maria Bieşu adına Kişineu Milli Opera və Balet Teatrında baş tutub.
Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkənin rəsmi şəxsləri, parlamentin deputatları, Kişineudakı diplomatik korpusun təmsilçiləri, yerli mədəniyyət xadimləri, ictimaiyyət və Azərbaycan diasporunun nümayəndələri, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Gecədə çıxış edən Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov bildirib ki, Müslüm Maqomayev şəxsiyyəti Azərbaycan xalqı və iki dövlət arasında mədəni əlaqələrdə xüsusi əhəmiyyətə malikdir:
"Müslüm Maqomayevin adı çoxdan yüksək mədəniyyətin, qüsursuz bədii zövqün və sənətə həqiqi xidmətin simvoluna çevrilib. Onun unikal səsi, səhnə kübarlığı və müxtəlif nəsillərdən olan insanların qəlblərinə eyni dərəcədə dərindən toxunmaq qabiliyyəti onu təkcə Azərbaycanın deyil, dünya musiqi mədəniyyətinin sərvətinə çevirib. Onun yaradıcılığı insanları birləşdirməyə hələ də davam edir, dövrlər, ölkələr və mədəniyyətlər arasında körpü olaraq qalır".
Daha sonra Moldovanın tanınmış sənətçiləri – M.Bieşu adına Milli Opera və Balet Teatrının solisti, bu ölkəni dəfələrlə nüfuzlu səhnələrdə, o cümlədən məşhur "La Scala" teatrında təmsil etmiş Aleksey Botnarçuk (bas) və Azərbaycan əsilli Gülnarə Raylyanu (soprano) M.Maqomayevin repertuarından seçmə əsərləri səsləndiriblər.
Oxşar xəbərlər
Jardan: Moldova Azərbaycan diasporunun mədəni əlaqələrin inkişafına töhfəsini yüksək qiymətləndirir
Kişineuda “Xarıbülbül” Azərbaycan-Moldova Dostluq xiyabanı salınıb
Müslüm Cabbarzadə nazir müavini təyin edildi
Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib
Mədəniyyət Nazirliyi: Rafiz İsmayılovun yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda yumurta kəskin UCUZLAŞDI - FOTO
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
-
Dövlət məktəblərində geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbiti I oxunuşda qəbul edilib
-
Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirilib
