İran AEBA müfəttişlərini zərbələrdən zərər görmüş ərazilərə buraxmaqdan imtina edib
İran ABŞ və İsrailin hərbi zərbələri nəticəsində zədələnmiş obyektlərinə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərini buraxmağı planlaşdırmır.
"Report" İran mediasına istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
O vurğulayıb ki, bu cür yoxlamaların aparılması üçün prinsipcə müəyyən edilmiş reqlament və ya prosedur mövcud deyil.
Yaxın Şərqdəki vəziyyəti şərh edən İ.Bəqai bildirib ki, bu kontekstdə ABŞ-nin öhdəlikləri aydındır və İsrailin Livanda hərbi əməliyyatları davam etdirməsi üçün istənilən bəhanə qəbuledilməzdir.
Onun sözlərinə görə, Vaşinqton hərbi toqquşmaların eskalasiyasının qarşısını almalı və bütün istiqamətlərdə atəşkəs rejiminə əməl olunmasını təmin etməlidir.
Bəqai sərbəst buraxılmış İran aktivlərinin istifadəsi ilə bağlı bəyanatlarına cavab olaraq vurğulayıb ki, Tehran onlara yalnız milli maraqlardan çıxış edərək sərəncam verəcək: "Bizim üçün maraqlıdır ki, iddia edildiyi kimi İran sivilizasiyasını məhv etməkdən və ölkəni parçalamaqdan ibarət olan müharibənin məqsədi indi onların məntiqinə görə ABŞ fermerlərinin zənginləşməsinə çevrilib. Bizim aktivlərimizə gəldikdə isə, biz qərarları ölkənin maraqlarına cavab verəcək şəkildə qəbul edəcəyik".
İ.Bəqai həmçinin əlavə edib ki, İranın Kənd Təsərrüfatı Nazirliyi ölkənin cari ehtiyacları çərçivəsində malların satınalmasını həyata keçirir və bu baxımdan heç bir məhdudiyyətlə üzləşmir. O xatırladıb ki, bundan əvvəl hökumətin iqtisadi blokunun nümayəndələri vaxtilə dondurulmuş aktivlərin istifadə istiqamətləri barədə artıq izahatlar veriblər.
Oxşar xəbərlər
XİN rəsmisi: AEBA baş direktorunun müavininin Tehrana səfəri planlaşdırılıb
İsmayıl Bəqai: İranın hər yerində çox sayda insan öldürülüb
Bəqai: Danışıqların keçirilməsi ABŞ-nin atəşkəs şərtlərinə əməl etməsindən asılıdır
İran və AEBA danışıqların yeni raundunu keçirə bilər
İran XİN: Livanda atəşkəs olmadan ABŞ-la razılaşma mümkün deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
