Beynəlxalq fənn olimpiadalarının qalibləri universitetə imtahansız qəbul olur
sizinxeber.az xəbər saytı

Beynəlxalq fənn olimpiadalarının qalibləri universitetə imtahansız qəbul olur


Azərbaycanda 2010-cu ildən etibarən beynəlxalq fənn olimpiadalarının qalibləri istədikləri ixtisaslar üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ əldə ediblər.

"Sizinxeber.az" xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Baku TV"yə müsashibəsində deyib.

Onun sözlərinə görə, eyni zamanda müxtəlif beynəlxalq müsabiqələrin qalibləri də öz sahələrinə uyğun ixtisaslara qəbul zamanı bu imtiyazdan yararlana bilirlər.

DİM sədri məktəbdaxili qiymətləndirmə ilə qəbul sistemi arasındakı fərqlərə də toxunub. "Şagirdlərin illik və fənlər üzrə qiymətləri mövcud olsa da, ali məktəblərə qəbul zamanı əsas göstərici buraxılış və qəbul imtahanlarının nəticələridir".

O bildirib ki, ölkə üzrə keçirilən mərkəzləşdirilmiş qiymətləndirmə vahid standartlara əsaslanır və bütün şagirdlər eyni şəraitdə eyni sualları cavablandırırlar.

"Məktəbdaxili qiymətləndirmə isə daha çox müqayisəli xarakter daşıyır. Məsələn, müəllim sinif daxilində ən yüksək nəticə göstərən şagirdə yüksək qiymət verə bilər. Bu isə məktəblər arasında qiymətləndirmə fərqlərinin yaranmasına səbəb olur", – o qeyd edib.

M.Abbaszadə əlavə edib ki, məktəb qiymətləri ilə imtahan nəticələri arasında hər zaman tam uyğunluq müşahidə olunmur. Bununla belə, hər il məktəbdə yüksək qiymət alan şagirdlərin buraxılış və qəbul imtahanlarında göstərdikləri nəticələr təhlil edilir və müqayisəli statistikalar ictimaiyyətə təqdim olunur.

Beynəlxalq fənn olimpiadalarının qalibləri universitetə imtahansız qəbul olur

Oxşar xəbərlər

DİM sədri: Məktəb qiymətləri ilə imtahan nəticələri arasında tam uyğunluq yoxdur
Bu şəxslər universitetə birbaşa qəbul ola bilər - DİM-dən xatırlatma
Bu il universitetlərə müsabiqədən kənar qəbul olunanların sayı açıqlanıb
DİM olimpiada, beynəlxalq müsabiqə və yarış qaliblərinə çağırış edib
DİM sədri: Plan yerləri ən çox II ixtisas qrupunda dolub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər