Bakıda duman səbəbilə ehtiyat hava limanına yönləndirilən təyyarələr tədricən Bakıya yola düşəcək - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bakıda duman səbəbilə ehtiyat hava limanına yönləndirilən təyyarələr tədricən Bakıya yola düşəcək - YENİLƏNİB


Bakı hava limanında qatı duman səbəbindən uçuşları Gəncə Beynəlxalq Hava Limanına yönləndirilən sərnişinlərin daşınması üçün xüsusi reyslə ehtiyat uçuş heyəti göndərilib. Bu tədbir sözügedən üç reysin uçuş heyətinin iş saatlarının başa çatması ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilib.

AZAL-dan "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxaq Aeroportunda hava şəraiti yaxşılaşdıqca, təyyarələr tədricən Bakıya yola düşəcək.

Belə ki, Moskva-Bakı marşrutu üzrə (J2-808) uçuş həyata keçirən AZAL-a məxsus təyyarələrdən biri artıq Gəncə Beynəlxalq Hava Limanından havaya qalxaraq saat 10:14-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

Digər iki təyyarə də hazırda uçuşa hazırlanır.

***

07.49

Yanvarın 13-dən 14-nə keçən gecə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin İstanbul-Bakı (J2-078), Moskva-Bakı (J2-808) və Təl-Əviv-Bakı (J2-322) reysləri təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən ehtiyat hava limanına yönləndirilib.

Sizinxeber.az xəbər verir ki, təyyarələr Gəncə Beynəlxalq Hava Limanında uğurla eniş edib.

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən sərnişinlər lazımi vasitələrlə təmin olunacaqlar.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Bundan əlavə, “IrAero” aviaşirkətinə məxsus SU95 tipli Novosibirsk-Bakı reysi təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən kapitanın qərarı ilə ehtiyat hava limanına yönləndirilib.

Qeyd edək ki, Bakı aeroportu ərazisindəki duman səbəbindən bir sıra reyslərin cədvəlinə dəyişikliklər edilib.

Oxşar xəbərlər

Bakıda duman səbəbilə bir neçə təyyarə ehtiyat hava limanına yönləndirilib
AZAL Naxçıvan Aeroportunda sərnişin sıxlığı ilə bağlı açıqlama yayıb
AZAL: Çoxlu saytda zəvvarın ölkəyə qayıtması ilə əlaqədar Naxçıvan aeroportunda sıxlıq yaranıb
AZAL: Çoxlu sayda zəvvarın ölkəyə qayıtması ilə əlaqədar Naxçıvan aeroportunda sıxlıq yaranıb
AZAL-ın üç təyyarəsi dumana görə Bakıda yox, Gəncədə uğurla eniş edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər