AZAL: Çoxlu sayda zəvvarın ölkəyə qayıtması ilə əlaqədar Naxçıvan aeroportunda sıxlıq yaranıb
Çoxlu sayda zəvvarların ölkəyə qayıtması ilə əlaqədar Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə olunur.
Sizinxeber.az xəbər verir ki, sərnişinlərin çoxluğu “Azərbaycan Hava Yolları” aviaşirkətinin üzərinə ciddi əlavə yük yaradıb. Lakin buna və sıx yay uçuş cədvəlinə baxmayaraq Azərbaycanın milli aviadaşıyıcısı AZAL Naxçıvandan Bakıya sərnişinlərin daşınması üçün bütün lazımi tədbirləri görür.
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan uçuş cədvəlindən kənar zəvvarların paytaxta çatdırılması üçün dünən üç əlavə reys həyata keçirib. Bu günə isə dörd əlavə reys ayrılıb ki, bu da sərnişinlərin Bakıya çatdırılmasını sürətləndirməyə imkan verəcək. 600 nəfərdən çox zəvvar AZAL-ın reysləri ilə artıq Bakıya gəlib.
Hazırda Naxçıvan Beynəlxalq Hava limanında uçuşunu gözləyən sərnişinlər bütün lazımi vasitələrlə təmin olunurlar.
Məlumat üçün bildirək ki, yay aylarında Bakı-Naxçıvan-Bakı marşrutunda yüksək tələbat qeydə alınır.
Bu tələbatı qarşılamaq məqsədilə AZAL gün ərzində Naxçıvan istiqamətində 10-15 reys həyata keçirir.
Oxşar xəbərlər
AZAL: Çoxlu saytda zəvvarın ölkəyə qayıtması ilə əlaqədar Naxçıvan aeroportunda sıxlıq yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL Naxçıvan Aeroportunda sərnişin sıxlığı ilə bağlı açıqlama yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan Beynəlxalq Hava Limanında ciddi sərnişin sıxlığı müşahidə olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL Naxçıvan aeoportundakı sıxlığa görə Bakıya reyslərin sayını artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL: Naxçıvan aeroportunda ciddi sərnişin sıxlığı müşahidə edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












