Avstraliya "Valiant Shield 26" veynəlxalq təlimində iştirak edəcək
sizinxeber.az xəbər saytı

Avstraliya "Valiant Shield 26" veynəlxalq təlimində iştirak edəcək


Avstraliya hərbçiləri ABŞ, Yaponiya, Kanada və Yeni Zelandiya silahlı qüvvələrinin iştirakı ilə Yaponiya, Havay, Quam və Avstraliyada keçirilən çoxmillətli "Valiant Shield 26" təlimində iştirak edəcəklər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Avstraliyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında qeyd olunur ki, hərbi qulluqçular manevrlərin gedişində dənizdə, havada, quruda, eləcə də kosmosda və kiberməkanda təhdidlərə qarşı birgə cavab tədbirləri görəcəklər. İştirakçılar vahid komandanlıq və idarəetmə sistemi daxilində simulyasiya edilmiş hədəfləri aşkarlamalı, izləməli və zərərsizləşdirməli olacaqlar.

Avstraliya "P-8A Poseidon" sualtı qayıq əleyhinə patrul təyyarəsi, qərargah heyəti və müttəfiq hava məkanına nəzarət, hava hücumundan müdafiə və raketdən müdafiə bölmələrinə inteqrasiya olunmuş hərbçilər göndərəcək.

Bundan əlavə, avstraliyalı mütəxəssislər insanlı və insansız aviasiya qarşılıqlı proqramı çərçivəsində hazırlanan "MQ-28a Ghost Bat" pilotsuz təyyarəsinin tətbiqi ilə təlimdə iştirak edəcəklər. Avstraliya kontingentinin ümumi sayı təxminən 80 nəfər olacaq.

Avstraliya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər Hind-Sakit Okean bölgəsində kollektiv təhlükəsizliyin gücləndirilməsi və müttəfiqlərin böhran vəziyyətlərində birgə hərəkətə hazırlığının artırılması məqsədi daşıyır.

Oxşar xəbərlər

Yaponiya və ABŞ 45 min hərbçinin iştirakı ilə təlimlərə başlayıb
Yaponiya ABŞ-nin Avstraliyadakı hərbi təlimlərinə qoşulacaq
ABŞ, Yaponiya və Avstraliya üçtərəfli müdafiə məsləhətləşmələri barədə razılığa gəliblər
ABŞ, Britaniya və Avstraliya süni intellektə malik PUA sınaqdan keçirib
Avstraliya Hörmüz boğazında gəmiçiliyin qorunması missiyasına qoşulacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər