Tramp Kubada rəhbərliyin dəyişdirilməsi əməliyyatını istisna etməyib
ABŞ Prezidenti Donald Tramp Kubada Venesuela ssenarisi üzrə ada dövlətinin rəhbərliyinin dəyişdirilməsi əməliyyatının həyata keçirilməsi ehtimalını istisna etməyib.
"Report"un məlumatına görə, Ağ Evin rəhbəri bunu "Axios" portalına müsahibəsində Kubada əməliyyatın aparılması perspektivləri barədə suala cavab verərkən deyib.
"Ola bilər. Bu, mümkündür", - Tramp qeyd edib.
Bununla yanaşı, o diqqəti ona çəkib ki, Kuba və Venesuela Amerika ərazisinə İrana nisbətən xeyli yaxın yerləşir.
"Daha bir məqam var. Bu yerlər yaxınlıqdadır. İrana nəzər salsaq, bu, çox uzun uçuşdur. Venesuela isə nisbətən yaxındır, Kuba isə, sözün əsl mənasında, iki addımlıqdadır", – dövlət başçısı bəyan edib.
Bundan əlavə, o, dövlət katibi Marko Rubionun Vaşinqtonun Kubaya münasibətdə kursunun formalaşdırılmasında mühüm roluna diqqət çəkib. Amerika Prezidenti qeyd edib ki, Rubio bu məsələnin həllində olduqca fəal iştirak edir.
Xatırladaq ki, yanvarın 3-də Amerika lideri Donald Tramp ABŞ-nin Venesuelaya genişmiqyaslı, uğurlu zərbə endirdiyini elan edib. O, Bolivar Respublikasının Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin tutularaq Venesuela ərazisindən çıxarıldığını bildirib.
İki gün sonra, 5 yanvarda Venesuela lideri və həyat yoldaşı ittiham irəli sürülmək üçün Nyu-York məhkəməsi qarşısına çıxarılıblar. O, məhkəmədə təqsirsiz olduğunu bildirib və hələ də ölkəsinin prezidenti olduğunu əlavə edib. ABŞ məhkəməsi konsulluq rəsmilərinin Venesuelaya səfər etməsinə icazə verməyə razı olub.
Maduro və həyat yoldaşının ikinci məhkəmə iclası martın 26-da Nyu-York federal məhkəməsində hakim Elvin Hellerstaynın iştirakı ilə keçirilib.
Oxşar xəbərlər
Tramp Kubada hakimiyyət dəyişikliyi əməliyyatını istisna etməyib
Tramp İranla müharibə ehtimalını istisna etməyib
"USA Today": Pentaqon gizli şəkildə Kubada mümkün əməliyyata hazırlaşır
Tramp: ABŞ İrandan sonra Kubaya nəzər sala bilər
Kuba Prezidenti xalqın ölkənin suverenliyini müdafiə etməyə hazır olduğunu bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb
-
Conatan Devid Kanada millisinin tarixinə düşüb
