Bakıda duman səbəbilə bir neçə təyyarə ehtiyat hava limanına yönləndirilib
sizinxeber.az xəbər saytı

Bakıda duman səbəbilə bir neçə təyyarə ehtiyat hava limanına yönləndirilib


Yanvarın 13-dən 14-nə keçən gecə “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin İstanbul-Bakı (J2-078), Moskva-Bakı (J2-808) və Təl-Əviv-Bakı (J2-322) reysləri təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən ehtiyat hava limanına yönləndirilib.

Sizinxeber.az xəbər verir ki, təyyarələr Gəncə Beynəlxalq Hava Limanında uğurla eniş edib.

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən sərnişinlər lazımi vasitələrlə təmin olunacaqlar.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

Bundan əlavə, “IrAero” aviaşirkətinə məxsus SU95 tipli Novosibirsk-Bakı reysi təyinat məntəqəsində hökm sürən dumanlı hava şəraiti səbəbindən kapitanın qərarı ilə ehtiyat hava limanına yönləndirilib.

Qeyd edək ki, Bakı aeroportu ərazisindəki duman səbəbindən bir sıra reyslərin cədvəlinə dəyişikliklər edilib.

Oxşar xəbərlər

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reyslərin uçuşu qatı dumana görə gecikir [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL: Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan bir sıra reyslər gecikir [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL-ın bir sıra reysləri təhlükəsizlik və ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları dayandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL: Çoxlu saytda zəvvarın ölkəyə qayıtması ilə əlaqədar Naxçıvan aeroportunda sıxlıq yaranıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle