Bakıda piyada və yeraltı keçidlərdən istifadə ilə bağlı  tədbirlər keçirilib - VİDEO
sizinxeber.az xəbər saytı

Bakıda piyada və yeraltı keçidlərdən istifadə ilə bağlı tədbirlər keçirilib - VİDEO


Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində piyadaların iştirakı ilə maarifləndirici tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, tədbirlər əsasən Qara Qarayev prospektində təşkil olunub.

Yol polisi əməkdaşları piyada keçidi və yeraltı keçid olduğu halda hərəkət hissəsini keçərək öz həyatlarını təhlükəyə atan vətəndaşlarla profilaktik söhbətlər aparıblar. Həmçinin rayonun müxtəlif küçə və prospektlərində piyadaların təhlükəsizliyinin təmin olunması, bu sahədə maarifləndirmə işinin gücləndirilməsi və yol hərəkəti qaydalarının təbliği diqqət mərkəzində saxlanılıb.

Maarifləndirmə tədbirləri rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin kollektivlərinin iştirakı ilə də davam etdirilib. Görüşlər zamanı iştirakçılara yolu keçərkən diqqətli olmaları, həyatlarını riskə atmamaq üçün yalnız piyada keçidlərindən istifadə etmələrinin vacibliyi izah olunub.
Tədbir iştirakçılarına günün qaranlıq saatlarında xüsusi işıqqaytarıcı geyimlərdən istifadə etmələri tövsiyə edilib.

Oxşar xəbərlər

Zaqatalada sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər məsuliyyətə cəlb olunub
Yol polisi “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirib - VİDEO
Qubada narkotik və spirtli içkinin təsiri altında maşın sürən 25 nəfər saxlanılıb
Qusarda avtomobili narkotik və spirtli içki təsiri altında idarə edən 21 sürücü aşkar olunub
DİN ikitəkərli nəqliyyat sürücüləri ilə bağlı tədbirləri davam etdirir - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər