Qrossi İranın nüvə proqramı üzrə dialoqun bərpasına çağırış edib
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda İranın nüvə proqramı üzrə dialoqu bərpa etməyə çağırıb.
"Sizinxeber.az" "Sky News"a istinadən xəbər verir ki, bu barədə Qrossi Vyanada keçirilən mətbuat konfransında İran və İsrailin bugünkü qarşılıqlı zərbələrini şərh edərkən bildirib.
Onun sözlərinə görə, hazırkı gərginliyə baxmayaraq, əvvəllər də bu cür böhranlar baş verib və zamanla vəziyyət stabilləşib.
"Biz əvvəllər də buna bənzər hallar görmüşük və vəziyyətin sakitləşdiyi anların da şahidi olmuşuq. Mənim mesajım eyni olaraq qalır: dialoq lazımdır. Bu dialoq müxtəlif formalarda ola bilər", - AEBA rəhbəri deyib.
Qrossi həmçinin qeyd edib ki, aktiv hərbi əməliyyatlar nüvə obyektlərində yoxlanış prosesini çətinləşdirir.
AEBA rəhbəri bildirib ki, hazırda İranın xarici işlər naziri Abbas Əraqçi ilə yalnız "arabir təmaslar saxlayır, amma bütövlükdə əlaqə kanalı pozulub".
Oxşar xəbərlər
Qrossi İranı AEBA ilə əməkdaşlığa çağırıb
Qrossi sabah AEBA-nın İranla bağlı təcili iclasını çağırıb
AEBA-nın baş direktoru İrana gedəcək
Qrossi: ABŞ və İran arasında nüvə sazişi Yaxın Şərqdə sülhə kömək edəcək
Qrossi: İranın nüvə obyektləri İsrailin zərbəsi nəticəsində zərər görməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
-
İordaniyada hava həyəcanı siqnalları işə düşüb
-
SIPRI: Dünyanın 9 nüvə dövləti nüvə arsenalını sürətlə artırır
-
IATA-nın vitse-prezidenti: ABŞ dolları əsas təhlükəsiz sığınacaq statusunu itirir
-
Fransa döyüş əməliyyatlarının planlaşdırılması üçün ABŞ süni intellektinə alternativ hazırlayır
