İnsanların başına zəhərli gübrə yağdıran Fransa – Cinayətləri ifşa olunan dövlət - ŞƏRH
Fransanın yüzilliklərlə davam edən müstəmləkəçilik siyasətinin dənizaşırı ərazilərdə daha bir ağır fəsadının aradan qaldırılması üçün ilkin addımlar atılır.
Belə ki, Fransa Parlamenti Antil adaları qrupunda, xüsusən Martinik və Qvadelup xlordekon adlı pestisiddən istifadəyə görə dövlətin məsuliyyət daşıdığını tanıyan qanun qəbul edib.
Əvvəlcə xlordekonun nə olduğunu müəyyən etmək üçün kiçik haşiyə çıxaq.
Xlordekon kimyəvi maddəsi yüksək toksikliyə malik xlorüzvi pestisid və insektisiddir. Kənd təsərrüfatı bitkilərinin həşəratlara qarşı qorunması üçün tətbiq edilib. Əsasən banan plantasiyalarında və yarpaqyeyən həşəratlara, termitlərə, milçək sürfələrinə qarşı mübarizə üçün istifadə edilib. Torpaqların və içməli suların kütləvi çirklənməsi halları ilə məşhurdur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, xlordekon son dərəcə təhlükəlidir. O, orqanizmdə toplanır (bioyığılma) və uzun müddət xaric olunur. Onun sinir sistemini zədələyən güclü toksin olduğu, həmçinin onkoloji xəstəliklərə (xüsusən prostat xərçənginə) səbəb olduğu sübut edilib.
Dağıdıcı xüsusiyyətlərinə görə maddə davamlı üzvi çirkləndiricilər haqqında Stokholm Konvensiyasının qlobal qadağası altınadadır.
Ötən əsrin 60-cı illərinin əvvəllərində Fransa hökuməti ehtiyat prinsipinə əsaslanaraq xlorlu üzvi maddələr tərkibli pestisidlərin istifadəsini tədricən qadağan etməyə başlamışdı. Artıq 1972-ci il oktyabr ayından xlorlu üzvi maddələr (aldrin, dieldrin, heptaxlor və xlor) adlı dörd əsas birləşmənin Fransada istifadəsi qadağan edilmişdi.
Xlordekоn ilkin olaraq ABŞ-da işlənib hazırlanıb və qadağan edilib. Buna səbəb onun toksikliyi olub. 1975-ci ildə Virciniya ştatının Houpvell şəhərindəki xlordekon istehsalı zavodunda işçilər ağır nevroloji zəhərlənmələrə məruz qalmışdı. Bundan sonra 1976-cı ildən kimyəvi maddə bütövlükdə Ştatlarda qadağan edilib. ABŞ ekoloji agentlikləri və tədqiqatçıları pestisidin toksikliyinin aşkarlamaqla bu sahədə qadağaya mühüm, əhəmiyyətli töhfə veriblər.
1979-cu ildə isə Ümumdünya Səhiyyə Təşkilatı xlordekonu potensial kanserogen maddə kimi tanıyıb.
Qeyd etdiyimiz kimi, Fransa hökuməti artıq ötən əsrin 70-ci illərindən bu zəhərli maddələrin istifadəsinə qadağa qoyub. Amma yalnız özünün əsas ərazisində. Fransa hökuməti mütəxəssislərin açıq xəbərdarlıqlarına baxmayaraq, xlordekon adlı pestisidin Karib hövzəsindəki Qvadelup və Martinikdəki banan plantasiyalarında tətbiqinə xüsusi icazə verib və bu maddənin istifadəsinə qadağa yalnız 1993-cü ildə tətbiq edilib.
Fransanın Sanitar Təhlükəsizlik üzrə Milli Agentliyinin hesabatına əsasən, Martinik və Qvadelupun yetkin yaşına çatmış əhalisinin 90%-dən çoxu xlordekonun qurbanıdır. Agentlik 2021-ci ildə prostat xərçəngi ilə xlordekon arasında əlaqəlisini müəyyənləşdirib.
Martinik və Qvadelupda xlordekon adlı pestisiddən istifadəyə görə dövlətin məsuliyyət daşıdığını tanıyan qanun layihəsinin təşəbbüskarı, Qvadelupdan olan deputat Elie Califer bildirib ki, Fransa Avropadakı departamentlərində əhalinin 90 %-i zəhərlənsəydi, dövlətin bununla bağlı məsuliyyəti çoxdan tanınardı.
Fransanın dənizaşırı naziri Naima Mutçu bu məsələdə Fransa dövlətinin məsuliyyət payını təsdiqləyib. Onun sözlərinə görə, həmin dövrdə xəbərdarlıqlar mövcud olsa da, hökumət zərərli fəsadlardan qaçmaq üçün ciddi tədbirlər görməyib. Nazir dövlətin məsuliyyət payını etiraf etməsi həqiqətin üzə çıxarılması baxımından zəruri tələbdir.
Bildirilib ki, ədalətli təzminat mexanizmini qurmaq üçün müxtəlif nazirliklərin nümayəndələrindən ibarət təftiş qrupu Qvadelup və Martinikə səfər edəcək. Bu istiqamətdə qarşıdan gələn aylarda uyğun hesabatın hazırlanacağı gözlənilir.
Bu qanun təzminat məsələsini öhdəlik kimi deyil, hədəf kimi nəzərdə tutur və zərərçəkənlərin təzminat məsələsinə gedən yolda ciddi ilkin ciddi addım kimi qiymətləndirilir.
Bakı Təşəbbüs Qrupu xlordekonun yaratdığı ekoloji və humanitar fəsadları, eləcə də Fransa dövlətinin məsuliyyəti məsələsini uzun müddətdir ki, diqqətlə izləyir. Ötən il Bakıda keçirilən "Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər" adlı beynəlxalq tematik konfransda bu ərazilərdə xlordekonun tətbiq i də müzakirə predmeti olub. Qeyd edilib, ki Fransanın istifadə etdiyi xlordekonun tətbiqi yağış suları ilə maddəni dənizə də axır. Bu isə faciənin miqyasını genişləndərək, qloballaşdırır. Onu da qeyd etmək lazımdır ki, bu kimyəvi birləşmənin təsiri 5-6-əsr torpaqda qalır. Bununla belə problemin qarşısının alınması ilə bağlı əməli tədbirlər görülmür.
Müstəmləkə torpaqlarının "poliqon və laboratoriya" kimi istifadə edilməsi - Fransa ekspansiyasının ən qaranlıq səhifələrindən biridir.
Fransa dövlət olaraq yalnız xlordekondan istifadə etməklə müstəmləkə torpaqlarda insanların kütləvi zərhələnməsi, ekosistemə zərər vurmayıb.
1960-cı ildən 1966-cı ilə qədər müstəmləkə dövründə Əlcəzairin müstəqillik qazanmasından sonra Fransa səhrada ən azı 17 nüvə partlayışı həyata keçirib. Bu, Yaponiyanın Xirosima adasına atılan bombanın gücündən 3-4 dəfə artıqdır. Partlayış qumu radioaktiv qara şüşə qırıntılarına çevirirmiş.
Rəsmi məlumatlara görə, partlayışların zərərli təsirinə 27 mindən çox yerli sakin və minlərlə işçi məruz qalıb. Bu sınaqlarda fransız hərbçiləri həmçinin əlcəzairli məhbuslardan istifadə edərək, onları radiasiyanın təsirini öyrənmək üçün episentrlərin yaxınlığında yerləşdiriblər.
Həmin sınaqlar nəticəsində region bu günə qədər yüksək onkoloji xəstəliklər, genetik mutasiyalar və ətraf mühitin çirklənməsindən əziyyət çəkir.
Əlcəzair poliqonları bağlanandan sonra Fransa nüvə eksperimentlərini Fransız Polineziyasındakı (Sakit okean) Mururoa və Fanqataufa atolllarına köçürüb.
1966-cı ildən 1996-cı ilə qədər orada təxminən 193 nüvə partlayışı (atmosfer və yeraltı daxil olmaqla) həyata keçirib. Bunun nəticəsində Mərcan atollarının ekosistemi dağıdılıb, yerli əhali isə qalxanabənzər vəzin xərçəngi xəstəliyinin kəskin artması ilə üzləşib.
Yeni vaksin ştamları və dərmanları Fransa bu kimi müstəmləkə torpaqlarında yerli əhali üzərində sınaqdan keçirirmiş.
Bu kimi məsələlər, sınaqlar 2026-cı ildə də diplomatik mübahisələrin və BMT səviyyəsindəki araşdırmaların mövzusu olaraq qalır. Zərərçəkmiş ölkələr Fransadan zərərin tam kompensasiyasını, çirklənmiş ərazilərin təmizlənməsini və hərbi arxivlərin gizlilikdən çıxarılmasını tələb dirlər.
Onu da qeyd edək ki, Prezident Emmanuel Makron 2018-ci ildə xlordekonun istifadəsini rəsmi olaraq "ekoloji fəlakət" kimi tanıyıb və dövlətin məsuliyyətini təsdiqləyib.
2025-ci ildə fransız məhkəməsi ilk dəfə çox az sayda zərərçəkənə kompensasiya ödəməyi (hər nəfərə 10 000 avroya qədər) qərara almışdı. Rəsmi Paris işinin bununla da bitmiş saydı.
Amma vətəndaş cəmiyyəti üçün bu kifayət deyil. Vətəndaş cəmiyyətləri Paris məhkəməsi qarşısında xlordekonla bağlı yeni araşdırmanın açılmasını məsələsini qaldırıb və iyunun 22-də məsələ ilə bağlı qərar verməlidir.
Fransa özünü insan hüquq müdafiəsinin, müasir demokratik dəyərlərin vətəni, liberal düşüncənin beşiyi saysa da qanunsuz əməlləri ilə özünü ifşa edib, mahiyyətini göstərib.
Oxşar xəbərlər
Fransa Qvadelopda xərçəng və digər xəstəliklərə səbəb olan xlordekondan istifadə edib
COP29-da müstəmləkəçi dövlətlərin əsarətdə saxladıqları ərazilərdəki ekoloji cinayətlərinə etiraz edilib
Bakıda Qvadelupun dekolonizasiyası ilə bağlı konfrans keçiriləcək
Britaniyanın Çaqos adalarının suverenliyi barədə qərarı Fransa üçün nümunə olmalıdır - ŞƏRH
Fransa parlamenti birdəfəlik elektron siqaretləri qadağan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
SIPRI: Dünyanın 9 nüvə dövləti nüvə arsenalını sürətlə artırır
-
İordaniyada hava həyəcanı siqnalları işə düşüb
-
IATA-nın vitse-prezidenti: ABŞ dolları əsas təhlükəsiz sığınacaq statusunu itirir
-
Fransa döyüş əməliyyatlarının planlaşdırılması üçün ABŞ süni intellektinə alternativ hazırlayır
-
Çövkən üzrə 2-ci Dünya Çempionatının növbəti oyunları keçirilib
