Özbəkistanda qazdoldurma stansiyasında partlayış nəticəsində altı nəfər ölüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
in
2026
17:30
ff aaaaaaa

Özbəkistanda qazdoldurma stansiyasında partlayış nəticəsində altı nəfər ölüb

08 in, 2026
17:30
980

Özbəkistanda qazdoldurma stansiyasında partlayış nəticəsində altı nəfər ölüb

Özbəkistanda qazdoldurma stansiyasında partlayış və yanğın nəticəsində altı nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə "REN TV" telekanalı Özbəkistan Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

Müxtəlif dərəcəli xəsarətlər almış beş nəfər xəstəxanaya yerləşdirilib.

Özbəkistan mediasının məlumatına görə, Prezident Şavkat Mirziyoyevin tapşırığı ilə hökumət komissiyası yaradılıb. Baş nazirin müavini Açilbay Ramatovun başçılıq etdiyi komissiya zərərçəkənlərə yardımın göstərilməsi, nəticələrin aradan qaldırılması və partlayışın səbəblərinin müəyyən edilməsi ilə məşğul olacaq.

Hadisə Özbəkistanın cənubunda Karşi rayonunda baş verib. Dörd avtomobil və iki yeraltı rezervuar zədələnib.

Nəticələrin aradan qaldırılması istiqamətində işlər davam edir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul