Nazir: Avropa ilə Asiya arasında olan regionun qlobal neqativ tendensiyalardan kənarda qalması real deyil
sizinxeber.az xəbər saytı

Nazir: Avropa ilə Asiya arasında olan regionun qlobal neqativ tendensiyalardan kənarda qalması real deyil


Avropa ilə Asiya arasında yerləşən regionun qlobal və regional neqativ tendensiyalardan kənarda qalması real deyil.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.

C.Bayramov vurğulayıb ki, görüş zamanı İran ətrafında baş verən proseslər və Yaxın Şərqdə sülhün əldə olunması məsələləri də müzakirə edilib. Nazir beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsinin vacibliyini qeyd edib:

"Vahid yanaşma ondan ibarətdir ki, diplomatik, siyasi yollara üstünlük verilməlidir. Beynəlxalq hüquqa riayət edilməlidir. Atəşkəsə nail olunması, qalıcı sülhə çevrilməsi bütün ölkə üçün önəmli məqamlardan biridir".

Nazir qeyd edib ki, Türkiyə–Azərbaycan–Gürcüstan üçtərəfli əməkdaşlıq formatı ölkələrin regional məsələlərdə koordinasiyalı fəaliyyətini nümayiş etdirib.

Oxşar xəbərlər

Ceyhun Bayramov: Türkiyə və gürcüstanlı həmkarlarla yeni layihələr müzakirə edilib - ƏLAVƏ OLUNUB
Ceyhun Bayramov Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmalarını tövsiyə edib
Gürcüstan və Türkiyə XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Ceyhun Bayramov Hakan Fidanı Azərbaycan – Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı məlumatlandırıb
Türkiyə XİN: Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər