"Arsenal" yay transfer dönəmində Leandro Trossarı satmağı nəzərdən keçirir
sizinxeber.az xəbər saytı

"Arsenal" yay transfer dönəmində Leandro Trossarı satmağı nəzərdən keçirir


İngiltərənin "Arsenal" klubu yay transfer dönəmində futbolçusu Leandro Trossarı satmaq imkanını nəzərdən keçirir.

"Sizinxeber.az" "TEAMtalk"a istinadən xəbər verir ki, 31 yaşlı hücumçunun komandadan ayrılmaq ehtimalı var.

"Topçular"ın rəhbərliyi belçikalı oyunçunun gələcəyi ilə bağlı yekun qərar verməyə tələsmir, lakin onunla vidalaşmaq ehtimalı da istisna edilmir.

Həm Avropa, həm də Səudiyyə Ərəbistanı təmsilçiləri Trossarla maraqlanır. Onun London təmsilçisi ilə hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir. Hazırkı ölkə çempionu bu səbəbdən təklifləri qiymətləndirmək niyyətindədir.

Xatırladaq ki, Leandro Trossar başa çatan mövsümdə 50 matçda 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

"Çelsi" London təmsilçisinin futbolçusu ilə maraqlanır
"Barselona" Portuqaliya klubunun hücumçusunu transfer etmək istəyir
"Mançester Yunayted" ingiltərəli yarımmüdafiəçi ilə maraqlanır
London klubu yayda "Barselona"nın futbolçusunu transfer etmək istəyir
"Arsenal" PSJ-nin futbolçusunu transfer etməkdə maraqlıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər