SOCAR ilə "Gran Tierra Energy Inc." arasında saziş üzrə görülən işlər nəzərdən keçirilib
sizinxeber.az xəbər saytı

SOCAR ilə "Gran Tierra Energy Inc." arasında saziş üzrə görülən işlər nəzərdən keçirilib


"Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf "Gran Tierra Energy Inc." şirkətinin prezidenti və baş icraçı direktoru Qəri Quidri ilə görüşüb.

"Sizinxeber.az" xəbər verir ki, görüşdə şirkətlər arasında əlaqələrin dinamik inkişafı məmnunluqla qeyd olunub.

Cari ilin fevralında SOCAR ilə "Gran Tierra Energy Inc." şirkəti arasında imzalanmış "Azərbaycan Respublikasının Quba-Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü haqqında Sazişin icrası üzrə görülən işlər nəzərdən keçirilib.

Tərəflər upstream fəaliyyəti üzrə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

SOCAR ilə “Gran Tierra Energy Inc.” şirkəti  arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR-la "ExxonMobil Corporation" arasında memorandum üzrə görülən işlər nəzərdən keçirilib
Azərbaycan və Özbəkistan neft-qaz sahəsində birgə layihələri müzakirə edib
SOCAR "Uzbekneftegaz" ilə "Üstyurt" layihəsində gələcək əməkdaşlığı nəzərdən keçirib
SOCAR və ADB birgə layihələrin icrasına dair məsələləri müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər