Qrossi: ABŞ və İran arasında nüvə sazişi Yaxın Şərqdə sülhə kömək edəcək
sizinxeber.az xəbər saytı

Qrossi: ABŞ və İran arasında nüvə sazişi Yaxın Şərqdə sülhə kömək edəcək


ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı sazişin bağlanması Yaxın Şərq regionunda sülh prosesinə dərhal müsbət təsir göstərəcək.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu fikri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi AEBA-nın Rəhbərlər Şurasının üzvləri qarşısında çıxışı zamanı deyib.

"Əminəm ki, irəliyə doğru yeganə yol AEBA-nın yoxlama mexanizmi tərəfindən dəstəklənən diplomatik həll yoludur. Mən ABŞ və İranı bu məsələni uğurlu nəticəyə çatdırmaq üçün səylərini əsirgəməməyə, müdriklik və siyasi cəsarət göstərməyə davam etməyə çağıracağam. İranın nüvə proqramı ilə bağlı vəziyyətin sabitləşməsi dərhal effekt verəcək və Yaxın Şərqdə sülhə və inkişafa doğru böyük bir addım olacaq", - o bildirib.

Oxşar xəbərlər

Qrossi İranı AEBA ilə əməkdaşlığa çağırıb
AEBA-nın baş direktoru: İranın nüvə silahı hazırladığına dair sübut yoxdur
AEBA-nın baş direktoru İrana gedəcək
Qrossi: İran nüvə silahı yaratmağa yaxındır
Qrossi: İranın nüvə obyektləri İsrailin zərbəsi nəticəsində zərər görməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər