Bakıda 13 yaşlı oğlan və atası dəm qazından ölüb
sizinxeber.az xəbər saytı

Bakıda 13 yaşlı oğlan və atası dəm qazından ölüb


Bakıda ata və oğul dəm qazından boğulub.

Sizinxeber.az xəbər verir ki, hadisə iyunun 7-də Nəsimi rayonu 20 Yanvar küçəsində mənzildə baş verib.

İlkin məlumata görə, 13 yaşlı K. Abıyev və atası Ə. Abıyevin meyiti tapılıb. Onların hamamda dəm qazından boğularaq öldükləri bildirilir.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, K. Abıyev Nəsimi rayonundakı 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub. Onun ölümü barədə məktəbin sosial media hesabında məlumat paylaşılıb.

Oxşar xəbərlər

Yevlaxda 80 yaşlı kişi dəm qazından boğulub
Salyanda 19 yaşlı qadın dəm qazından boğularaq ölüb
Naftalanda 35 yaşlı qadın dəm qazından boğularaq ölüb
Bakıda 31 yaşlı kişi dəm qazından boğularaq ölüb
Şamaxıda 27 yaşlı qız dəm qazından boğulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər