Elçin Mirzəbəyli: Ermənistanda hüquq pozuntularına Avropanın hansı münasibət göstərdiyinin açıq şahidi olmuşuq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
in
2026
17:30
0
0
1 096
ff aaaaaaa

Elçin Mirzəbəyli: Ermənistanda hüquq pozuntularına Avropanın hansı münasibət göstərdiyinin açıq şahidi olmuşuq

08 in, 2026
17:30
1 096

Elçin Mirzəbəyli: Ermənistanda hüquq pozuntularına Avropanın hansı münasibət göstərdiyinin açıq şahidi olmuşuq

Ermənistanda siyasi, vətəndaş hüquqlarının, eləcə də söz və fikir azadlığının pozulması ilə bağlı baş verən neqativ hadisələr yeni deyil.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Deputat qeyd edib ki, Ermənistanda həm əvvəlki hakimiyyətlər dövründə, həm də sonrakı mərhələlərdə orada yaşanan bu kimi hallara Avropanın necə münasibət göstərdiyinin açıq şahidi olublar:

"Əslində, ənənəvi ikili standartlar bütün məqamlarda özünü büruzə verir. Avropa siyasətçilərinin maraqları təmin olunduğu və ya hadisələr onların geosiyasi maraqlarına uyğun gəldiyi təqdirdə, istənilən neqativ hadisə belə, az qala demokratiya nümunəsi kimi təqdim edilir

Lakin maraqlarına uyğun gəlmədikdə, hətta cinayət xarakterli hadisələrə qarşı hökumətlərin atdığı addımları belə total hüquq pozuntusu kimi qələmə verməkdən çəkinmirlər. Bu gün dünyada insan hüquq və azadlıqları, eləcə də dövlətlərin hüquqları ilə bağlı yaranmış vəziyyət, beynəlxalq hüququn norma və prinsiplərinin ayaqlar altına atılması, təhlükəsizlik mexanizmlərinin iflic vəziyyətinə düşməsi uzun illərdir Avropanın nümayiş etdirdiyi ikili və riyakar siyasətin nəticəsidir".

Elçin Mirzəbəylinin fikrincə, bu yanaşma tərzi indiki şəraitdə Ermənistanda baş verən proseslərə münasibətdə də özünü açıq şəkildə göstərib:

"Burada söhbət, əlbəttə ki, Nikol Paşinyanın seçkilərdə qələbə qazanmasından və ya ona qarşı olan qüvvələrin revanşist əhval-ruhiyyəsindən getmir. Söhbət prinsiplərdən gedir. Nəticə etibarilə, Avropanın uzun illərdir dünyaya təqdim etməyə çalışdığı əsas tezis insan hüquq və azadlıqlarının, demokratik dəyərlərin müdafiəçisi olması ilə bağlıdır".

Deputat qeyd edib ki, istər əvvəlki dövrlərdə Azərbaycana və onun ərazi bütövlüyünə münasibətdə, istər bir milyondan artıq insanın hüquqlarının pozulmasına qarşı nümayiş etdirilən laqeydlikdə, istərsə də ayrı-ayrı ölkələrdə, o cümlədən Gürcüstanda baş verən proseslərə münasibətdə sərgilənən mövqedə müşahidə olunan yanaşmalar göstərir ki, Avropa üçün prinsip anlayışı selektiv xarakter daşıyır.

"Ermənistanda baş verən ciddi hüquq pozuntularına qarşı nümayiş etdirilən susqunluq və riyakar münasibət də bunu bir daha təsdiqləyir".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul