Qrossi İranı AEBA ilə əməkdaşlığa çağırıb
sizinxeber.az xəbər saytı

Qrossi İranı AEBA ilə əməkdaşlığa çağırıb


Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlıq etməlidir ki, öz nüvə proqramının sülh xarakterli olduğunu sübut etsin.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşdən sonra bildirib.

“Agentliklə əməkdaşlıq zəruridir ki, İranın nüvə proqramının sülh xarakterli olduğunu göstərən inandırıcı sübutlar təqdim edilsin, xüsusilə də diplomatiyaya ehtiyac duyulduğu bir vaxtda”, – o, “X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Qrossi Tehranda səfərdədir. Onun İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ilə görüşü planlaşdırılır.

Oxşar xəbərlər

Araqçi Tehranda AEBA-nın baş direktoru ilə danışıqlar aparıb
AEBA-nın baş direktoru İrana gedəcək
Qrossi: İranın nüvə obyektləri İsrailin zərbəsi nəticəsində zərər görməyib
Qərb ölkələri İranı AEBA ilə əməkdaşlığa çağırıb
AEBA-nın baş direktoru: İranın nüvə silahı hazırladığına dair sübut yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər