Tahir Baxşıyev: "Lüksemburq və İrlandiyaya qalib gəlmək üçün gücümüz də, inamımız da var"
sizinxeber.az xəbər saytı

Tahir Baxşıyev: "Lüksemburq və İrlandiyaya qalib gəlmək üçün gücümüz də, inamımız da var"


Azərbaycanın kişi basketbolçulardan ibarət millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsinin son qrup oyunlarında qələbə qazanmağı hədəfləyib.

Bunu "Sizinxeber.az"a açıqlamasında Gəncədə təlim-məşq toplanışında olan komandanın baş məşqçisi Tahir Baxşıyev deyib.

Mütəxəssis hazırlıq prosesi və qarşıdakı planlar barədə danışıb:

"Təlim-məşq toplanışı başlayıb. Dünən birinci məşqimiz oldu, bu gün səhər də hazırlaşdıq. Gündə iki məşqimiz olacaq. Hazırlıq daha çox taktiki xarakter daşıyır, çünki basketbolçular mayın 20-dən bir araya gələrək fiziki məşqləri tamamlayıblar. Bizi qarşıda Belarus ilə iki yoldaşlıq görüşü gözləyir. Bu matçlardan sonra hazırlığı Bakıda davam etdirəcəyik. Əsas məqsəd son 2 rəsmi oyunda qələbə qazanmaqdır. Bunun üçün gücümüz də, inamımız da var. Oyunçuların hər birinin diqqəti tam olaraq qələbəyə yönəlib. Çətin olacaq, lakin hər iki görüşdə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı son oyunlarını iyulun 2-də səfərdə Lüksemburqa, 5-də Bakıda İrlandiyaya qarşı keçirəcək.

Oxşar xəbərlər

Azərbaycanın basketbol millisi Lüksemburq və İrlandiya ilə oyunlara hazırlığa başlayıb
Azərbaycanın kişilərdən ibarət basketbol yığması Belarusla iki yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin üzvü: AVRO-2026-nın final mərhələsinə yollanmaq niyyətindəyik
Azərbaycan millisinin baş məşqçisi: "Kosovo və İrlandiyaya qalib gəlməyə çalışacağıq"
Tahir Baxşıyev: "Rəhbərliklə mütəmadi danışırıq, hələlik millidə işimi davam etdirirəm"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər