Qırğızıstan və Almaniya tarixində ilk – BMT-də dünya hələ də beş böyüklüyündədir - ŞƏRH
sizinxeber.az xəbər saytı

Qırğızıstan və Almaniya tarixində ilk – BMT-də dünya hələ də beş böyüklüyündədir - ŞƏRH


Qırğız Respublikası tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Almaniya isə Şuranın daimi üzvü olmaq istəyir. Ərdoğanın "dünya 5-dən böyükdür" ifadəsinin reallaşması mümkündür?

Ötən gün Qırğız Respublikasının tarixində ilk hadisələrdən biri baş verib. Ölkə ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Gizli səsvermənin nəticələrinə görə, Qırğız Respublikasının lehinə iclasda iştirak edən 190 üzvdən 142-si səs verib. Bu yerə Asiyadan iddia edən Filippin isə 49 səs qazanıb. Qırğızıstan şurada Pakistanı əvəzləyəcək. O, 2027-ci il yanvarın 1-dən 2028-ci il dekabrın 31-dək bu qurum üzvü olaraq fəaliyyət göstərəcək.

Onunla birlikdə 2027-ci il yanvarın 1-dən Avstriya, Zimbabve, Portuqaliya, Trinidad və Tobaqo da yeni üzvlər kimi daimi olmayan Təhlükəsizlik Şurasına seçiliblər.

Onu da yada salmaq istərdik ki, Türk Dövləti Təşkilatının digər üzvü Qazaxıstan 2017-2018-ci illər üzrə şuranın qeyr-daimi üzvü seçilib.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya daimi üzvüdür. 10 ölkə iki illiyinə qeyri-daimi üzv seçilir.

Qırğız Respublikasının BMT Təhlükəsizlik Şurasında təmsilçiliyi qlobal miqyasda sülhə və təhlükəsizliyə töhvə verə bilər. Bu ölkə Mərkəzi Asiyanın demokratik inkişaf yolunu tutan dövlətlərindəndir. Onun seçilməsi ölkənin xarici siyasi kursunun uğuru sayıla bilər. Habelə Qırğızıstanın hərtərəfli, əhatəli diplomatiyaya, beynəlxalq hüququn prinsiplərinə, sülhün, təhlükəsizliyin və davamlı inkişafın təşviqinə yüksək etimadının göstəricisidir.

Bu həm də Qırğızıstan beynəlxalq ictimaiyyətin diqqətində olduğununun təsdiqidir. Şuraya üzv seçilməsi onun qlobal miqyasda nüfuzunun artmasına təkan verəcəyi istisna olunmur.

Qırğızıstan indiyədək nümayiş etdirdiyi obyektiv siyasi mövqeyi ilə şuranın fəaliyyətinə, eləcə də beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş qlobal səylərə fayda verə bilər.

Onun Şuraya seçilməsində Türk Dövlətləri Təşkilatı və müsəlman dövlətlərinin əməkdaşlığı da önəmli rol oynadığını ehtimal etmək olar.

Yeri gəlmişkən, Azərbaycan Respublikası ilk dəfə 2011-ci il oktyabrın 24 -də BMT Təhlükəsizlik Şurasının 2012–2013-cü illərdə qeyri-daimi üzvü olub.

Bu elə də asan baş verməyib. Azərbaycan 17 raundluq səsvermədən sonra seçilib. Belə şəraitin yaranmasında Respublikaya qarşı o vaxtkı beynəlxalq şəraitin də təsiri olduğu istisna edilmir. Ancaq bütün çətinliklərə baxmayaraq, rəsmi Bakı bu yolda maneələri dəf edə bilmişdi. Ona görə də bu, Azərbaycan diplomatiyasının uğuru sayılır.

O zaman Türkiyə mətbuatında Azərbaycanın qeyri-daimi üzvü seçilməsi xəbərləri geniş yer almışdır. Xəbərlərdə Şərqi Avropa qrupu üzrə səsvermədə Azərbaycanın açıq-aşkar favorit olduğu vurğulanır bildirilirdi ki, ona görə də Sloveniya 17-ci tur ərəfəsində namizədliyini geri götürdü.

"İhlas" xəbər agentliyi, "NTV" televiziyası, "Akşam", "Samanyolu Haber", "Turkish Journal News" və başqa nüfuzlu mətbuat orqanları səhifələri və internet saytlarında geniş yer ayırmışlar. Xəbərlərdə qeyd olunur ki, bölgədə və dünyada nüfuzlu ölkəyə çevrilmiş Azərbaycanın dünyanın taleyüklü məsələləri üzrə qərarlar verən BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Türkiyə üçün də əlamətdar hadisədir.

Azərbaycan 2012-ci il mayın 1-də estafeti ABŞ-dən alaraq BMT TŞ-yə sədrlik edib. Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib. Məlumata üçün xatırladaq ki, Azərbaycanın sədrliyi dövründə BMT TŞ 13 açıq, 16 qapalı iclas keçirib.

Bu dəfə Təhlükəsizlik Şurasının daimi olmayan üzvlərinin seçkisində maraqlı hadisələrdən biri də Almaniyanın namizədliyinin ilk dəfə olaraq keçməməsidir. O, qərbi Avropanın nümayəndəsi olaraq indiyə qədər altı dəfə bu quruma seçilib. İyunun 3-də keçirilən səsvermədə Portuqaliya 134, Avstriya 131, Almaniya isə 104 səs qazanıblar. Üzv seçilmək üçün isə iştirakçıların 2/3 (127) səs verməlidir.

BMT-də Latın Amerikası, Afrika və Asiya ölkələri islahatların aparılmasının vacibliyi təkliflərini irəli sürürlər. Məsələn, Hindistan, Braziliya, Misir, Cənubi Afrika Respublikası da daim üzvlərdən biri olmaq iddiasındadırlar.

Bunun, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü "Dünya beşdən böyükdür" siyasi doktrinasını bir daha yada salır. O, bunu ilk dəfə 2013-cu ildə Nyu-Yorkda BMT Baş Assambleysının sessiyasında da ifadə edib. Rəcəb Tayyib Ərdoğan "Daha adil dünya mümkündür" adlı kitabında bu siyasi doktrinanı geniş açıqlayıb.

Təbii ki, söhbət BMT TŞ-nin beş daimi üzvündən getdiyindən, dünyanı bütün məsələlərində onların söz sahibi olmasınadan gedir.

Daimi üzv olmağa iddialı ölkələrdən biri olaraq Türkiyənin də buna haqqı çatdığını son illərin hadisələri də təsdiqləyir. Onun iqtisadiyyatı, müxtəlif beynəlxalq təşkilatlarda fəal iştirakı, qlobal münaqişələrdə tutduğu mövqe, yürütdüyü sülhsevər siyasət, regional və qlobal nüfuzu buna imkan verir.

Türk Dövlətləri Təşkilatına üzv olması onun beş milyon kv. km-lik bir ərazinin, 200 milyona yaxın əhalinin təmsil etməsi də Türkiyənin üstünlüklərindəndir.

Heç şübhəsiz Türkiyənin irəli sürdüyü təklifi rəsmi Bakıda dəstkləyir. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasında islahatların aparılması və qurumun tərkibinin genişləndirilməsini dəstəkləyərək, dəfələrlə qeyd edib ki, Təhlükəsizlik Şurasının daimi üzvləri sırasında mütləq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının nümayəndələrinə yer verilməlidir.

Türkiyənin BMT Təhlükəsizlik Şurasında təmsil olunması məsələsi də daxil olmaqla, aparıcı regional və qlobal güclərin şurada daimi üzv kimi yer alması Azərbaycan tərəfindən müsbət qiymətləndirilir. Dövlət Başçısı bildirib ki, BMT-nin Təhlükəsizlik Şurası günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib. O, Qlobal Cənub ölkələrinin yeni ədalətli dünya nizamında yaxından iştirak etməli olduğunu vurğulayıb.

Qlobal miqyasda baş verən münaqişələrin həllində BMT-nin rolunun görünməməsi təşkilatda bir sıra islahatların aparılmasını vacibliyini göstərir. Ona görə də təsir etmə gücünü artırmaq üçün qurumun dəyişməsi, yenilənməsi aktual sayılır.

BMT TŞ-nin qeyri-daimi üzvləri yenilənsə də onun fəaliyyətinin, təsirini güclənəcəyi bu kimi istiqamətlərdə vəziyyətin dəyişəcəyi ehtimalı azdır. Çünki dünya hələ də beş böyüklüyündədir.

Oxşar xəbərlər

Latviya ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
Braziliya BMT TŞ-nin daimi üzvü olmaq istəyir
Qırğızıstan BMT TŞ-nın qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
Quterreş: Afrika ölkələri tezliklə BMT TŞ-nin daimi üzvü olacaqlar
Qırğız deputat: Türk dövlətləri arasında təhlükəsizlik sahəsində parlamentlərarası əlaqələrin rolu önəmlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər