Rusiyada qadağan olunmuş Ermənistan malları Aİ-də satılacaq, proqram hökumətə təqdim edilib
sizinxeber.az xəbər saytı

Rusiyada qadağan olunmuş Ermənistan malları Aİ-də satılacaq, proqram hökumətə təqdim edilib


Rusiyanın bir çox erməni məhsullarının idxalına qoyduğu məhdudiyyətlər fonunda Ermənistan İqtisadiyyat Nazirliyi ölkədəki təsərrüfat subyektlərinin məhsullarının Avropa İttifaqı bazarına ixracına kömək məqsədilə dəstək proqramını hökumətə təqdim edib.

“Armenpress”in xəbərinə görə, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə bildirib.

Erməni nazir bunu olduqca real hesab edir. Belə ki, onun sözlərinə görə, Ermənistanın ixrac etdiyi meyvə və tərəvəzlər ən yüksək səviyyəli sertifikatlardan biri olan “Global Gap”a malikdir.

Papoyan bununla bağlı nəqliyyat xərclərinin olduğunu, bu gün hökumətə bu barədə kompensasiya proqramı təqdim etdiklərini vurğulayıb: “Kənd təsərrüfatı ixracatçılarımıza Avropa bazarında rəqabətli qiymətlər təklif edə bilməsi üçün subsidiya verəcəyik”.

Erməni biznes strukturlarının Aİ-nin hansı ölkələrinə mal ixrac edə biləcəyi ilə bağlı suala isə Papoyan belə cavab verib: "Yunanıstandan başlayaraq Almaniyaya qədər bütün Avropa ölkələrinə".

Rusiyanın Ermənistanın müxtəlif mallarına idxal məhdudiyyətləri tətbiq etməsindən danışan nazir müavininin Astanada rusiyalı həmkarları ilə görüşdüyünü diqqətə çatdırıb.

Papoyanın sözlərinə görə, atmosfer çox müsbətdir, hər kəs problemləri həll etmək istəyir.

Nazir əmin olduğunu bildirib ki, 7 iyunda Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra İrəvan bütün bu məsələləri tez bir zamanda həll edəcək.

Qeyd edək ki, “Rosselxoznadzor” 2 iyun 2026-cı il tarixindən etibarən Ermənistandan albalı, ərik, gavalı, şaftalı, nektarin və üzüm idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcəyini açıqlayıb. Rusiya qərarını fitosanitar tələblərin pozulması və Ermənistan məhsullarının tədarükü zamanı qeydə alınan qanun pozuntularının artması ilə əsaslandırıb.

Bundan əvvəl Rusiya Ermənistandan pomidor, xiyar, bibər və çiyələk idxalını da məhdudlaşdırıb. Hazırda Rusiyada Ermənistandan gül, balıq məhsulları, müəyyən spirtli içkilər və "Cermuk" mineral suyunun idxalı qadağandır.

Oxşar xəbərlər

Papoyan: Ermənistan və Azərbaycan şirkətləri müəyyən bir malın tədarükünü müzakirə edirlər
Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"
Azərbaycanda fəaliyyət göstərən Rusiya şirkətlərinin sayı bilinib
Ermənistanın iqtisadiyyat naziri: Azərbaycanla danışıqlar müsbət məcrada davam edir
Papoyan: İranla münaqişə uzanarsa, iqtisadiyyatımız ciddi zərər görəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər