Ermənistandakı seçki pozuntuları Avropa institutlarının ikili standartlarını göstərdi - RƏY
Ermənistanda seçki pozuntuları Avropa institutlarının nə ədalətin, nə də demokratiyanın müdafiəçisi olduğunu göstərdi.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Ermənistanda keçirilən seçkilər zamanı müşahidə edilən qanun pozuntularına Avropa təşkilatlarından hər hansı bir iradın bildirilməməsi onların ikili siyasəti ilə bağlıdır:
"Çünki uzun illərin təcrübəsindən Avropa İttifaqına üzv ölkələrin hər şeyi qurumun eynəyindən gördüyünü bildirik. Avropa öz dəyərləri və beynəlxalq hüquq kontekstindən heç vaxt obyektiv qiymətləndirmə aparmır. Ona görə də bu qədər qanun pozuntusu baş verdiyi halda Avropa İttifaqı və onun müxtəlif seqmentlər üzrə alətləri olan insan hüquqları, demokratik hüquq təşkilatlarının heç biri bu barədə bir kəlmə də olsun danışmır. Çünki Avropa hesab edir ki, hazırkı mərhələdə Ermənistanda keçirilən seçkilər elə bu cür olmalıdır və hazırkı Baş nazir Nikol Paşinyan qələbə çalmalıdır".
Deputat qeyd edib ki, Azərbaycanla uzun illərdir israrla göstərdiyi mövqeyi ilə bu məsələdə haqlı çıxmış olur:
"Avropa institutları nə beynəlxalq hüquq, nə ədalət, nə demokratiya, nə də demokratik dəyərlərin müdafiəçisidir. Avropa İttifaqı və onun ən müxtəlif institutları sadəcə öz maraqlarının müdafiəçisidir. Onlar öz maraqları kontekstində bütün məsələrlə bağlı yanaşma ortaya qoyur və bu gün Paşinyanın Avropanın maraqlarına daha çox xidmət etdiyini düşünürlər. Çünki Ermənistanın Avropanın forpostuna çevrilməsi üçün Paşinyan kimi siyasətçi lazımdır. Ona görə də bu siyasətçinin və onun hakimiyyətinin törətdiyi bütün hüquq pozuntlarına göz yumulur. Məsələnin mahiyyəti bundan ibarətdir".
Oxşar xəbərlər
Elçin Mirzəbəyli: Ermənistanda hüquq pozuntularına Avropanın hansı münasibət göstərdiyinin açıq şahidi olmuşuq
Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi - RƏY
Gürcüstanda “Ailə Dəyərləri və Yeniyetmələrin Qorunması haqqında” Qanun qüvvəyə minib
Avropa Hakimlər İttifaqı: Ermənistandakı həmkarlarımızın müstəqilliyindən narahatıq
Avropa Parlamentinin deputatı Aİ liderlərini sərt tənqid edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
SIPRI: Dünyanın 9 nüvə dövləti nüvə arsenalını sürətlə artırır
-
İordaniyada hava həyəcanı siqnalları işə düşüb
-
IATA-nın vitse-prezidenti: ABŞ dolları əsas təhlükəsiz sığınacaq statusunu itirir
-
Fransa döyüş əməliyyatlarının planlaşdırılması üçün ABŞ süni intellektinə alternativ hazırlayır
-
İmişli sakini Araz çayına düşərək boğulub
