Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edib


Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Xankəndi şəhərində vətəndaşları qəbul edib.

"Sizinxeber.az" komitəyə istinadən xəbər verir ki, DGK-nın müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Xankəndi şəhəri, Şuşa, Xocalı, Ağdərə, Xocavənd və Laçın rayonlarının sakinlərinin müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Oxşar xəbərlər

DGK sədri Siyəzəndə vətəndaşları qəbul edib
Şahin Bağırov Naxçıvan şəhərində vətəndaşları qəbul edib
Şahin Bağırov Qəbələdə vətəndaşları qəbul edib
Şahin Bağırov Salyanda vətəndaşları qəbul edib
Şahin Bağırov Qusarda vətəndaşları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər