Ceyhun Bayramov: Türkiyə və gürcüstanlı həmkarlarla yeni layihələr müzakirə edilib - ƏLAVƏ OLUNUB
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov: Türkiyə və gürcüstanlı həmkarlarla yeni layihələr müzakirə edilib - ƏLAVƏ OLUNUB


Azərbaycan, Türkiyə, Gürcüstan XİN başçıları üç ölkə arasında yeni layihələri müzakirə edib.

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, üç ölkə arasında hazırda həyata keçirilən layihələrin cari vəziyyəti müzakirə olunub:

"Hazırkı dönəmdə ortaya çıxan mövzular kontekstində yeni icra olunan layihələr barədə geniş fikir mübadiləsi apardıq. Ortaq çağırışlar nəzərə alındı".

Nazir qeyd edib ki, beynəlxalq və region səviyyədə olan münaqişələr, artan gərginlik fonunda bölgəmizin neqativ tendensiyalardan kənar qalması real deyil.

Onun sözlərinə görə, bunun nəticələri görünür:

"Ona görə də üç ölkənin bu sahədə koordinasiyalı şəkildə addımlar atması xüsusi önəm daşıyır".

Nazir bəyan edib ki, Azərbaycan Türkiyə və Gürcüstanla strateji tərəfdaşlığı daha dərinləşdirmək əzmindədir.

Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycan, Gürcüstan, Türkiyə arasında institusional format mövcuddur:

"Bu müxtəlif sahələri əhatə edir. Bugünkü görüş, müzakirələr və İstanbul bəyannaməsi xalqlarımızın sülhünə, təhlükəsizliyinə, rifahı naminə birgə səylərin daha da gücləndirilməsinə xidmət edəcək".

Oxşar xəbərlər

Nazir: Avropa ilə Asiya arasında olan regionun qlobal neqativ tendensiyalardan kənarda qalması real deyil
Hakan Fidan: Azərbaycan, Türkiyə, Gürcüstan arasında əlaqələrin gücləndirilməsi bölgədə strateji prioritetdir
Nazir: Azərbaycanın ərazi bütövlüyünün bərpası daha geniş coğrafiyada əməkdaşlığa imkanlar yaradır
Ceyhun Bayramov Hakan Fidanı Azərbaycan – Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı məlumatlandırıb
Ceyhun Bayramov və Şalva Papuaşvili Azərbaycan-Gürcüstan tərəfdaşlığını müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər