Novxanıda narkobunker aşkarlanıb
sizinxeber.az xəbər saytı

Novxanıda narkobunker aşkarlanıb


Abşeron rayonunun Novxanı qəsəbəsində gizli narkobunker aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 45 yaşlı Etibar Qurbanov saxlanılıb. Onun yaşadığı ünvana və həyətyanı sahəsində yerin altında hazırladığı gizli bunkerə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 11 kiloqramdan artıq olan 209 ədəd çətənə kolu, həmçinin 2 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Araşdırmalar zamanı müəyyən edilib ki, E.Qurbanov bunkerə xüsusi havalandırma, işıqlandırma və istilik sistemləri quraşdıraraq çətənə bitkilərinin yetişdirilməsi üçün münbit şərait yaradıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Qurbanov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Saatlıda çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən tunellər aşkarlanıb
Salyanda çətənə kolları yetişdirən şəxs həbs edilib
Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Ötən gün ölkədə 52 kiloqramdan çox narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər