Azərbaycan Rusiyada aqropark yaradacaq
Azərbaycan Rusiyanın Dağıstan Respublikasının Dərbənd rayonunda aqropark yaradacaq.
"Report" xəbər verir ki, bununla bağlı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu – 2026 çərçivəsində Azərbaycanın İSFA şirkəti ilə Dağıstanın RBR MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləni İSFA MMC-nin direktoru Samir Xeyirbəyov və RBR MMC-nin baş direktoru Ruslan Gereyev imzalayıblar. İmzalanma mərasimində Dağıstanın rəhbəri vəzifəsini icra edən Fyodor Şukin, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və s. rəsmi şəxslər iştirak ediblər.
Məlumata əsasən, bu müqavilənin ümumi dəyəri 3,4 milyon manatdan çoxdur.
Sənədə əsasən, Azərbaycan şirkəti Dərbənd rayonunda yerləşən Vəlikənd ərazisində yaradılacaq aqroparkın 300 hektarında zeytun bağı, 20 hektarında tingçilik sahəsi, 40 hektarında müxtəlif növ meyvə ağaclarından ibarət nümayiş bağı, 10 hektarında isə damazlıq bağı və aqro turizm zonası quracaq.
Layihə çərçivəsində yaradılacaq aqroparkda istifadə ediləcək meyvə ağacları və tinglər İSFA MMC-nin Yevlax Pilot Aqroparkda yerləşən təsərrüfatında yetişdiriləcək.
Bundan başqa, növbəti mərhələdə Dərbənd rayonundakı aqroparkın ərazisində zeytun yağı zavodunun da qurulması nəzərdə tutulur.
Oxşar xəbərlər
İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edir
Cəlilabadda bu il 2 190 hektar sahədə təkrar əkin aparılıb
Azərbaycan nümayəndə heyəti Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumda iştirak edir
Ramazanov Dağıstanın Baş naziri vəzifəsinə təsdiq edilib
Dağıstanın rəhbəri Sergey Melikov vəzifəsindən azad edilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
SIPRI: Dünyanın 9 nüvə dövləti nüvə arsenalını sürətlə artırır
-
İordaniyada hava həyəcanı siqnalları işə düşüb
-
IATA-nın vitse-prezidenti: ABŞ dolları əsas təhlükəsiz sığınacaq statusunu itirir
-
Fransa döyüş əməliyyatlarının planlaşdırılması üçün ABŞ süni intellektinə alternativ hazırlayır
-
İmişli sakini Araz çayına düşərək boğulub
