SIPRI: Dünyanın 9 nüvə dövləti nüvə arsenalını sürətlə artırır
2025-ci ildə ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail nüvə arsenalının modernləşdirilməsini davam etdirib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) iyunun 8-də yayımladığı illik hesabatında bildirilir.
Hesabata görə, bu ölkələrin əksəriyyəti yeni nüvə sistemləri və ya nüvə silahı daşıya bilən texnikaları döyüş növbətçiliyinə qəbul edib.
Dünyadakı ümumi nüvə başlıqlarının sayı 2026-cı ilin yanvarına təxminən 12 187 olub. Onlardan 9 745-i potensial istifadəyə hazır vəziyyətdə saxlanılıb.
Təxminən 4 012 döyüş başlığı raketlər və təyyarələrdə yerləşdirilib, 2 100–2 200 arası isə yüksək döyüş hazırlığı vəziyyətində ballistik raketlərdə saxlanılıb. Bu arsenalın böyük hissəsi Rusiya və ABŞ-a məxsusdur.
SIPRI analitikləri qeyd edirlər ki, "Soyuq müharibə"nin başa çatmasından sonra ABŞ və Rusiyada köhnə nüvə başlıqlarının məhv edilməsi yeni istehsalı üstələyirdi və bu səbəbdən qlobal ehtiyatlar azalırdı.
Lakin institutun qiymətləndirməsinə görə, yaxın illərdə bu tendensiya dəyişəcək. Belə ki, nüvə silahlarının azaldılması prosesi zəifləyir, yeni sistemlərin yerləşdirilməsi isə sürətlənir.
Hesabatda Avropa ölkələrinin də təhlükəsizlik riskləri fonunda müdafiə proqramlarını təcili şəkildə yenidən nəzərdən keçirdiyi vurğulanıb.
Oxşar xəbərlər
SIPRI: Hazırda 2200 nüvə silahı döyüşə hazır vəziyyətdədir
"Nüvə beşliyi" dövlətlərinin görüşü keçirilib
SIPRI: 2024-cü ildə dünyada hərbi xərclər 9,4 % artıb
SIPRI: 2020-2024-cü illərdə Avropanın silah idxalı 155% artıb
Şimali Koreya Şərq dənizinə ballistik raket atıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
-
"Şamaxı" klubu Həbib İsmayılovla yeni müqavilə bağlayıb
-
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların vəziyyəti yaxşıdır
-
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
